Vəzifə öhdəlikləri:
- Müştərilərlə və sığorta şirkətləri ilə əlaqə saxlamaq;
- Birbaşa sığorta əməliyyatları zamanı müştərilərdən daxil olan təklifləri araşdırmaq;
- Müştərilərdən sığorta obyektləri barədə bütün məlumatları əldə etmək;
- Sığorta təklifini hazırlamaq;
- Sığorta müqavilələrinin layihələrini hazırlamaq;
- Müqavilə şətlərini müştərilərlə və sğorta şirkətləri ilə razılaşdırmaq və imzalanmasını təşkil etmək;
- Daxil olan təkrarsığorta və çıxan təkrarsığorta əməliyyatlarının rəsmiləşdirilməsi üçün tələb olunan prosedurları yerinə yetirmək;
- Təkrarsığortalılarla və təkrarsığortaçılarla əlaqə saxlamaq, tələb olunan bütün məlumatları əldə etmək, qiymət təklifini formalaşdırmaq;
- Sığorta və təkrarsığorta müqavilələrinin şərtlərini müəyyənləşdirmək, onları təkrarsığortalılarla və təkrarsığortaçılarla razılaşdırmaq;
- Sığorta və təkrarsığorta müqavilələrinin layihələrini hazırlamaq və imzalanmasını təşkil etmək;
- İmzalanmış hər bir sığorta və təkrarsığorta müqaviləsi üzrə təhriri hesabat hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Sığorta brokeri xidmətləri üzrə aylıq reyestri tərtib etmək və müqavilələrin surətləri ilə birlikdə növbəti ayın 10-dək mühasibatlığa təqdim etmək;
- Bağlanmış sığorta və təkrarsığorta müqavilələrinin orijinallarının sistem üzrə qovluqlara yığılmasını və vaxtı bitmiş müqavilələrin arxivləşdirilməsini təşkil etmək;
- Sığorta bazarının iştirakçıları ilə Şirkət arasında işgüzar münasibətlərin yaradılmasına dəstək olmaq;
- Risklərin qiymətləndirilməsi üzrə hesabat formaların hazırlanmasında iştirak etmək;
- Vəzifə öhdəliklərinin icrası zamanı maliyyə monitorinqi qanunvericiliyinin tələblərinə və Şirkətin daxili nəzarət qaydalarının tələblərinə əməl etmək;
- Rəhbərliyin ayrı-ayrı xidməti tapşırıqlarını yerinə yetirmək.
İş şəraiti:
- İşə qəbul: Müddətli əmək müqaviləsi bağlanması yolu ilə.
- Sınaq müddəti: İşin birinci 3 ayı sınaq müddəti hesab ediləcəkdir.
- İş günləri: bazar ertəsi-cümə.
- İstirahət günləri: şənbə və bazar.
Ünvan: Bakı şəhəri, Rəsul Rza küç., 75, Winter Park Plaza 2-ci mərtəbə, 201 ofis.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.