Khazar University Dunya IB School Khazar University Dunya IB School
  • 242

Khazar University Dunya IB School

Təhsil , Təlim və peşəkar inkişaf

İnsan Resursları şöbəsinin müdiri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnsan Resursları şöbəsinin müdiri

  • Deadline 20 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədə tələblər:

  • Biznesin idarə edilməsi, Menecment, İqtisadiyyat, İnsan Resurslarının İdarə Edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyini yüksək səviyyədə bilmək və praktiki tətbiq təcrübəsinə malik olmaq;
  • İnsan Resursları sahəsində rəhbər vəzifədə minimum 5 il iş təcrübəsi;
  • HR/İR idarəetmə sistemləri və müvafiq proqram təminatları ilə işləmək bacarığı;
  • SHRM-CP, SHRM-SCP, HRCI, CIPD və ya digər beynəlxalq HR sertifikatlarının olması üstünlükdür;
  • Azərbaycan dilini sərbəst bilmək; ingilis və rus dillərini bilmək üstünlükdür;
  • Güclü liderlik, komanda idarəetməsi və təşkilatçılıq bacarıqları;
  • Yüksək ünsiyyət, problem həll etmə və qərarvermə bacarıqları;
  • Məxfi məlumatlarla işləmək və peşəkar etik prinsiplərə riayət etmək bacarığı.

Əsas vəzifə və öhdəliklər:

  • Təşkilatın məqsəd və prioritetlərinə uyğun İnsan Resursları strategiyasının hazırlanması və həyata keçirilməsi;
  • İR sahəsi üzrə daxili prosedur, qayda və iş proseslərinin hazırlanması, təkmilləşdirilməsi və icrasına nəzarət;
  • Əmək münasibətləri və işçi heyəti ilə bağlı sənədləşmənin Azərbaycan Respublikasının əmək qanunvericiliyinə və təşkilatın daxili qaydalarına uyğun aparılmasının təmin edilməsi;
  • İşə qəbul, əmək müqavilələrinin rəsmiləşdirilməsi və xitamı, məzuniyyətlər, intizam tədbirləri və digər HR proseslərinin düzgün təşkilinə və icrasına nəzarət;
  • İnsan Resursları şöbəsinin gündəlik fəaliyyətinin koordinasiyası və komandanın işinin effektiv təşkili;
  • Əmək intizamı ilə bağlı məsələlərin araşdırılmasında iştirak, zəruri izahat, akt və digər sənədlərin hazırlanması prosesinin koordinasiyası;
  • İşçilərin peşəkar inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, təlim və inkişaf tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi;
  • İşçi məlumatlarının və HR sənədlərinin düzgün, sistemli və məxfi şəkildə idarə olunmasının təmin edilməsi;
  • Sənəd və elektron sənəd dövriyyəsinin qüvvədə olan qanunvericiliyə və daxili prosedurlara uyğun təşkilinə nəzarət;
  • İnsan Resursları fəaliyyəti üzrə müvafiq hesabatların, o cümlədən aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • HR proseslərinin effektivliyinin artırılması istiqamətində təkliflərin hazırlanması və müvafiq təkmilləşdirmələrin həyata keçirilməsi.

Əmək haqqı: Namizədin təcrübə və peşəkar bacarıqlarına uyğun olaraq müsahibə əsasında müəyyən edilir;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-i emailin mövzu hissəsinə mütləq “İnsan Resursları şöbəsinin müdiri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

  • Daily2
  • Weekly467
  • Monthly1645