Kia Motors Azerbaijan – Cənubi Koreyanın məşhur avtomobil markası olan KIA‑nın Azərbaycandakı rəsmi distribütorudur. Şirkət 2005-ci ildən etibarən fəaliyyət göstərir və bu illər ərzində ölkəmizdə etibarlı avtomobil satıcısı və servis təminatçısı kimi tanınıb.
Kia Motors yalnız avtomobil satışı ilə deyil, həm də satış sonrası keyfiyyətli servis xidməti, orijinal ehtiyat hissələri və müştəri məmnuniyyətinə verdiyi önəmlə seçilir. Şirkətin Bakı, Gəncə və Sumqayıt şəhərlərində rəsmi satış və servis mərkəzləri fəaliyyət göstərir.
Bu gün Kia Motors Azerbaijan müasir dizayna, texnologiyaya və davamlılığa əsaslanan avtomobil modellərini Azərbaycan bazarına təqdim edir və yerli avtomobil sektorunda lider markalardan biridir.
Kia Motors Azerbaijan SMM Operatoru