Öhdəliklər:
- Tikinti sahəsinin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik etmək;
- Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin etmək;
- Sahədə tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasını təmin etmək;
- İşlərin kompleks mexanikləşdirmə səviyyəsinin yüksəldilməsi, yeni texnika və əməyin elmi təşkilinin tətbiqi, əmək məhsuldarlığının yüksəldilməsi üçün ehtiyatlardan istifadə edilməsi, tikinti-quraşdırma və buraxılmış-sazlama işlərinin dəyərinin azaldılması,
- Tikinti obyektləri üçün texniki sənədin alınmasını və saxlanmasını təmin etmək;
- İnşası başa çatmış obyektlərin, eləcə də tikililərin obyektlər üzrə ayrı-ayrı hazır mərhələ iş komplekslərinin sifarişçiyə təhvil verilməsində iştirak etmək;
- Tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin həcminə, əmək məhsuldarlığına nəzarət etmək, ustalara, icrası nəzərdə tutulan tapşırıqlar vermək və onların icrasına nəzarət etmək;
- Subpodrat (xüsusiləşdirilmiş) təşkilatların gördükləri işlərə nəzarət etmək və bitmiş işləri təhvil almaq;
Tələblər:
- İnşaat və ya müvafiq sahə üzrə ali təhsil;
- AutoCAD və MS Office proqramlarında sərbəst işləmə bacarığı;
- Müvafiq iş təcrübəsi (minimum 3 il);
- Komandada işləmə bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- İşi planlamaq bacarığı.
Bizim təminatımız:
- İş yeri: Bakı şəhər
- İş rejimi: Bazarertəsi-Cümə,iş saatı 09:00-18:00-dək
- Məşğulluq növü: Tam ştat
- Əmək haqqı (yüksək) Namizədin bilik və bacarığına görə müsahibədə təyin olunacaq.
- Şirkət tərəfindən korporativ nömrə ilə təmin edilmə
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “İnşaat Sahə Rəisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.