K KM Services MMC
  • 577

KM Services MMC

Təchizat xidmətləri

Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib

  • Deadline 28 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Təchizatçı firmaların qaimələrinin əsasında ödənişlərin köçürülməsi
  • Xarici ödənişlərin həyata keçirilməsi və gömrük kodlarının alınması
  • Bank təminatları üçün banka müraciətlərin hazırlanması
  • ƏDV depozitdən və Bankdan ödənişlərinin icra olunması
  • Bank əməliyyatlarının və əmək haqqına dair bütün əməliyyatların 1C sisteminə daxil olunması
  • Əmək haqqlarının, xəstəlik, məzuniyyət və s. hesablanması və ödənilməsinin təmin edilməsi
  • DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsini icra edilməsi
  • İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək göstərilməsi
  • Dövlət orqanlarına aylıq, rüblük və illik hesabatların hazırlanması və vaxtında təqdim olunması
  • Xərc və alış sənədlərinin proqram təminatında uçotunun aparılması
  • Maliyyə məlumatlarının təhlil olunması
  • Üzləşmə aktlarının hazırlanması
  • Əsas vəsait və materiallar ehtiyatları ilə bağlı əməliyyatları 1C proqram təminatında qeydiyyata alınması və mövcud əməliyyatlara nəzarət olunması
  • Problemli qaimələrin araşdırılması, ödənişlərin reysterde qeyd edilməsi
  • Hesab faktura, elektron qaimə və akt yazılaraq, qeydiyyatının aparılması
  • Müvafiq sahə üzrə rəhbərlik tərəfindən tələb olunan hesabatların hazırlanması

Namizədə olan tələblər:

  • Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadiyyat üzrə bakalavr dərəcəsi),
  • İş təcrübəsi: Sahə üzrə 3 ildən az olmayaraq iş stajı,
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus və İngilis dili yaxşı səviyyədə,
  • Kompüter bacarıqları: MS Office proqramlarını yüksək səviyyədə (Xüsusilə EXCEL),
  • Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə biliklər
  • 1C 8.3 ilə işləmək bacarığı,
  • Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi (E-taxes, e-gov, e-customs və s.),
  • PMS sertifikatının olması arzuolunandır.

İş qrafiki: Bazar ertəsi-Cümə (saat 09:00-18:00)

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily83
  • Weekly357
  • Monthly2956