Vəzifə öhdəlikləri:
- Təchizatçı firmaların qaimələrinin əsasında ödənişlərin köçürülməsi
- Xarici ödənişlərin həyata keçirilməsi və gömrük kodlarının alınması
- Bank təminatları üçün banka müraciətlərin hazırlanması
- ƏDV depozitdən və Bankdan ödənişlərinin icra olunması
- Bank əməliyyatlarının və əmək haqqına dair bütün əməliyyatların 1C sisteminə daxil olunması
- Əmək haqqlarının, xəstəlik, məzuniyyət və s. hesablanması və ödənilməsinin təmin edilməsi
- DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsini icra edilməsi
- İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək göstərilməsi
- Dövlət orqanlarına aylıq, rüblük və illik hesabatların hazırlanması və vaxtında təqdim olunması
- Xərc və alış sənədlərinin proqram təminatında uçotunun aparılması
- Maliyyə məlumatlarının təhlil olunması
- Üzləşmə aktlarının hazırlanması
- Əsas vəsait və materiallar ehtiyatları ilə bağlı əməliyyatları 1C proqram təminatında qeydiyyata alınması və mövcud əməliyyatlara nəzarət olunması
- Problemli qaimələrin araşdırılması, ödənişlərin reysterde qeyd edilməsi
- Hesab faktura, elektron qaimə və akt yazılaraq, qeydiyyatının aparılması
- Müvafiq sahə üzrə rəhbərlik tərəfindən tələb olunan hesabatların hazırlanması
Namizədə olan tələblər:
- Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadiyyat üzrə bakalavr dərəcəsi),
- İş təcrübəsi: Sahə üzrə 3 ildən az olmayaraq iş stajı,
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus və İngilis dili yaxşı səviyyədə,
- Kompüter bacarıqları: MS Office proqramlarını yüksək səviyyədə (Xüsusilə EXCEL),
- Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə biliklər
- 1C 8.3 ilə işləmək bacarığı,
- Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi (E-taxes, e-gov, e-customs və s.),
- PMS sertifikatının olması arzuolunandır.
İş qrafiki: Bazar ertəsi-Cümə (saat 09:00-18:00)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.