KOICA KOICA
  • 1.2K

Sürücü / Driver

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sürücü / Driver

  • Deadline 23 Fevral 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Ofisi hazırda ofisin gündəlik fəaliyyəti və proqram əməliyyatlarının dəstəklənməsi məqsədilə təhlükəsiz, etibarlı və peşəkar sürücülük xidmətləri göstərə biləcək ixtisaslı Sürücü axtarır.

İş şəraiti

  • İş qrafiki: Tam ştat, bazar ertəsi–cümə, 08:00–17:00
  • İş yeri: Bakı, Azərbaycan
  • İşə başlama tarixi: 1 aprel 2026-cı il
  • Əməkhaqqı: 880 ABŞ dolları (Gross məbləğ, vergilər və sosial sığorta ödənişləri daxil olmaqla)

Vəzifə öhdəlikləri:

  • KOICA əməkdaşları və rəsmi qonaqlar üçün peşəkar, təhlükəsiz və nəzakətli sürücülük xidmətlərinin göstərilməsi;
  • KOICA-ya məxsus nəqliyyat vasitələrinin yerli yol hərəkəti qaydalarına uyğun və məsuliyyətlə idarə edilməsi və saxlanılması;
  • Nəqliyyat vasitələrinin gündəlik texniki yoxlanışının aparılması, texniki nasazlıqların vaxtında bildirilməsi;
  • Avtomobillə bağlı bütün sənədlərin və sığortanın etibarlı və mövcud olmasının təmin edilməsi;
  • Sənədlərin, məktubların və bağlamaların çatdırılması, zəruri hallarda ofis tapşırıqlarının icrası;
  • Görüşlər, tədbirlər, seminarlar və rəsmi missiyalar üçün logistika dəstəyinin göstərilməsi;
  • Nəqliyyat vasitələrinin istifadəsi, yanacaq sərfiyyatı və texniki xidmətlə bağlı dəqiq qeydlərin aparılması;
  • Zərurət olduqda ofisə inzibati və logistika dəstəyinin göstərilməsi;
  • Layihə ehtiyaclarına uyğun olaraq Azərbaycan ərazisində ezamiyyətlərdə iştirak.

İxtisas tələbləri:

  • Etibarlı sürücülük vəsiqəsi və təmiz sürücülük tarixçəsi;
  • Sürücü kimi sübut olunmuş iş təcrübəsi (beynəlxalq təşkilat, səfirlik və ya korporativ mühitdə təcrübəyə üstünlük verilir);
  • Vəzifə öhdəliklərini yerinə yetirmək üçün yaxşı fiziki və psixoloji sağlamlıq vəziyyəti;
  • Geniş sürücülük təcrübəsinə və uzunmüddətli iş imkanı olan namizədlərə üstünlük verilir;
  • Bakı şəhəri və Azərbaycanın digər regionlarının yollarını, eləcə də yol hərəkəti qaydalarını yaxşı bilmək;
  • Avtomobillərin gündəlik texniki baxışlarını aparmaq bacarığı;
  • Etibarlılıq, punktuallıq və yüksək məsuliyyət hissi;
  • Yaxşı ünsiyyət bacarıqları və peşəkar davranış;
  • İş saatlarından kənar işləmək və ölkə üzrə tez-tez səfər etmək imkanının olması;
  • İngilis və ya rus dili üzrə işlək biliklər üstünlükdür.

Qeyd: İş qrafiki əməliyyat ehtiyaclarından asılı olaraq dəyişdirilə bilər.

Fəaliyyətin qiymətləndirilməsi

Sınaq Müddəti:

  • Sınaq müddəti namizədin peşəkar bacarıqlarının və vəzifəyə uyğunluğunun qiymətləndirilməsi məqsədi daşıyır və həm işçi, həm də təşkilat üçün uyğunluğun müəyyən edilməsinə xidmət edir.

Fəaliyyətin Qiymətləndirilməsi:

  • Üç aylıq sınaq müddətinin sonunda namizəd fəaliyyət qiymətləndirməsindən keçəcəkdir. Qiymətləndirmənin uğurla tamamlanması rəsmi işə qəbul üçün əsas şərtdir.

Sınaq Müddətində Əməkhaqqı:

  • Sınaq müddəti ərzində əməkhaqqının 90%-i ödəniləcək, sınaq müddəti uğurla başa çatdıqdan sonra tam əməkhaqqı tətbiq ediləcəkdir.

Qeyd: Yalnız qısa siyahıya daxil edilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Müraciətlərdə təqdim olunan məlumatlar yoxlanıla bilər. Natamam və ya qeyri-dəqiq müraciətlər müsabiqədən kənarlaşdırıla bilər.

KOICA Azərbaycan Ofisi yalnız yüksək ixtisaslı namizədləri müraciət etməyə dəvət edir. Zəhmət olmasa CV və motivasiya məktubunuzu (ingilis dilində) ən gec 10 fevral 2026-cı il, yerli vaxtla saat 24:00-dək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərin.

Nəzərinizə çatdırırıq ki, yalnız qısa siyahıya düşən namizədlər seçim prosesinin növbəti mərhələləri (üzbəüz müsahibə və sürücülük testi) üçün dəvət olunacaqlar.

Suallarınız olduqda [email protected] elektron ünvanı və ya +994 12 526 53 07 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Vacancy announcement

  • Korea International Cooperation Agency (KOICA) Azerbaijan Office is currently looking for a competent Driver who will provide safe, reliable, and professional driving services and support daily office and program operations. 

Conditions:

  • Working hours: Full-time, Monday to Friday, 08:00–17:00
  • Location: Baku, Azerbaijan 
  • Start Date: 1 April, 2026
  • Salary: USD 880 (Gross salary, Inclusive of taxes and social insurances)  

Duties and responsibilities:

  • Provide professional, safe, and courteous driving services for KOICA staff and official visitors.
  • Operate and maintain KOICA vehicles responsibly and in accordance with local traffic laws.
  • Conduct daily vehicle checks and ensure proper maintenance; report any technical issues promptly.
  • Ensure that all vehicle-related documents and insurance are valid and available.
  • Transport documents, mail, and parcels; perform office-related errands as required.
  • Support logistical arrangements for meetings, events, seminars, and official missions.
  • Maintain accurate records of vehicle usage, fuel consumption, and maintenance.
  • Provide basic administrative and logistical support to the office when required.
  • Travel throughout Azerbaijan as required by project needs.

Qualifications and Requirements

  • Valid driver’s license with a clean driving record.
  • Proven experience as a driver, preferably in an international organization, embassy, or corporate environment.
  • Be in good physical and mental health to perform the duties of the position
  • Candidates with extensive driving experience and long-term availability are preferred.
  • Good knowledge of roads in Baku city and other regions of Azerbaijan, and traffic regulations.
  • Ability to perform routine vehicle maintenance checks.
  • Reliability, punctuality, and a high sense of responsibility.
  • Good communication skills and professional attitude.
  • Flexibility to work beyond regular hours and travel frequently throughout Azerbaijan.
  • Working knowledge of English or Russian is an asset.

Note: The work schedule may be subject to change depending on operational needs.

Performance assessment

Probationary Period:

  • The probationary period is designed to assess the candidate’s performance and suitability for the role. It provides an opportunity for both the employee and the organization to ensure a mutually beneficial fit.

Performance Evaluation:

  • At the end of the three-month probationary period, the candidate will undergo a performance evaluation. Successful completion of this evaluation is a key factor for the candidate to be formally hired for the position.

Salary During Probation:

  • During the probationary period, the candidate will receive 90% of the standard salary. The full salary will be applied upon successful completion of the probationary period.

Note: Only shortlisted candidates will be contacted. Information provided in applications may be verified, and incomplete or inaccurate applications may be disqualified.

KOICA Azerbaijan Office invites only well-qualified candidates to apply. Please send your CV along with a cover Letter in English to the e-mail address in the Apply for job button no later than February 10, 2026 in local time 24:00. Please be advised that only shortlisted candidates will be contacted for the further stages of the recruitment process.  Kindly note that the next stages will include in-person interview and driving test

If you have any inquiries, please contact [email protected] or +994-12-526-53-07.

  • Daily0
  • Weekly504
  • Monthly1936