İcra departamentinin rəhbəri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İcra departamentinin rəhbəri

  • Deadline 14 Avqust 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri: 

  • Problemli kredit portfelinin icra mərhələsinə ümumi rəhbərliyi həyata keçirmək, departamentin fəaliyyətini planlaşdırmaq, təşkil etmək və nəzarətdə saxlamaq;
  • İcra məmurları, məhkəmələr, dövlət qurumları və digər aidiyyəti təşkilatlarla effektiv əməkdaşlığı təşkil etmək, icra proseslərinin operativ və qanunvericiliyə uyğun aparılmasını təmin etmək;
  • İcra sənədlərinin icra vəziyyətinə gündəlik nəzarət etmək, gecikmələrin səbəblərini təhlil etmək və nəticəyönümlü tədbirlər həyata keçirmək;
  • Borcluların əmlak və gəlirlərinin müəyyən olunması, üzərinə tutmanın yönəldilməsi və digər icra tədbirlərinin effektiv icrasına nəzarət etmək;
  • Departament əməkdaşlarının fəaliyyətini idarə etmək, KPI-lərin icrasını izləmək, əməkdaşların inkişafı və motivasiyasını təmin etmək;
  • Problemli kreditlərin geri qaytarılması üzrə strategiyaların hazırlanması və tətbiqində iştirak etmək;
  • İcra prosesləri üzrə riskləri müəyyən etmək, rəhbərliyə təkliflər təqdim etmək və proseslərin optimallaşdırılmasını həyata keçirmək;
  • Departament üzrə aylıq, rüblük və illik hesabatları hazırlamaq, nəticələri rəhbərliyə təqdim etmək;
  • Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və departament fəaliyyətinin həmin dəyişikliklərə uyğun təşkil olunmasını təmin etmək.

Tələblər:

  • Ali təhsil (Hüquq, Maliyyə, İqtisadiyyat və ya əlaqəli ixtisaslar);
  • Problemli kreditlər, məhkəmə və icra sahəsində minimum 5-7 il, rəhbər vəzifədə isə minimum 3 il iş təcrübəsi;
  • "İcra haqqında", Mülki Prosessual Məcəllə və digər aidiyyəti normativ hüquqi aktlar üzrə dərin biliklər;
  • Analitik düşünmə, komandanın idarə olunması və qərarvermə bacarıqları;
  • Yüksək səviyyədə danışıqlar aparmaq və təqdimat bacarığı;
  • MS Office proqramlarında sərbəst işləmək;
  • Azərbaycan dilini mükəmməl bilmək, rus dili biliyi üstünlükdür;
  • Sürücülük vəsiqəsinin olması üstünlükdür.

İş barədə məlumat:

  • Əmək haqqı: 1500 AZN net + bonus sistemi (ümumi gəlir 4000 AZN+)
  • İş yeri: Bakı şəhəri, Nərimanov rayonu;
  • Komfortlu ofis şəraiti və peşəkar komanda;
  • 5 günlük iş qrafiki: Bazar ertəsi – Cümə, 10:00–19:00.

CV-lərinizi “İcra departamentinin rəhbəri” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır

  • Daily105
  • Weekly377
  • Monthly1441