Vəzifə öhdəlikləri:
- Problemli kredit portfelinin icra mərhələsinə ümumi rəhbərliyi həyata keçirmək, departamentin fəaliyyətini planlaşdırmaq, təşkil etmək və nəzarətdə saxlamaq;
- İcra məmurları, məhkəmələr, dövlət qurumları və digər aidiyyəti təşkilatlarla effektiv əməkdaşlığı təşkil etmək, icra proseslərinin operativ və qanunvericiliyə uyğun aparılmasını təmin etmək;
- İcra sənədlərinin icra vəziyyətinə gündəlik nəzarət etmək, gecikmələrin səbəblərini təhlil etmək və nəticəyönümlü tədbirlər həyata keçirmək;
- Borcluların əmlak və gəlirlərinin müəyyən olunması, üzərinə tutmanın yönəldilməsi və digər icra tədbirlərinin effektiv icrasına nəzarət etmək;
- Departament əməkdaşlarının fəaliyyətini idarə etmək, KPI-lərin icrasını izləmək, əməkdaşların inkişafı və motivasiyasını təmin etmək;
- Problemli kreditlərin geri qaytarılması üzrə strategiyaların hazırlanması və tətbiqində iştirak etmək;
- İcra prosesləri üzrə riskləri müəyyən etmək, rəhbərliyə təkliflər təqdim etmək və proseslərin optimallaşdırılmasını həyata keçirmək;
- Departament üzrə aylıq, rüblük və illik hesabatları hazırlamaq, nəticələri rəhbərliyə təqdim etmək;
- Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və departament fəaliyyətinin həmin dəyişikliklərə uyğun təşkil olunmasını təmin etmək.
Tələblər:
- Ali təhsil (Hüquq, Maliyyə, İqtisadiyyat və ya əlaqəli ixtisaslar);
- Problemli kreditlər, məhkəmə və icra sahəsində minimum 5-7 il, rəhbər vəzifədə isə minimum 3 il iş təcrübəsi;
- "İcra haqqında", Mülki Prosessual Məcəllə və digər aidiyyəti normativ hüquqi aktlar üzrə dərin biliklər;
- Analitik düşünmə, komandanın idarə olunması və qərarvermə bacarıqları;
- Yüksək səviyyədə danışıqlar aparmaq və təqdimat bacarığı;
- MS Office proqramlarında sərbəst işləmək;
- Azərbaycan dilini mükəmməl bilmək, rus dili biliyi üstünlükdür;
- Sürücülük vəsiqəsinin olması üstünlükdür.
İş barədə məlumat:
- Əmək haqqı: 1500 AZN net + bonus sistemi (ümumi gəlir 4000 AZN+)
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu;
- Komfortlu ofis şəraiti və peşəkar komanda;
- 5 günlük iş qrafiki: Bazar ertəsi – Cümə, 10:00–19:00.
CV-lərinizi “İcra departamentinin rəhbəri” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır