Vəzifə öhdəlikləri:
- İşə qəbul prosesində İR mütəxəssisinə dəstək göstərmək;
- Namizədlərlə ilkin əlaqənin qurulması, müsahibələrin təşkili;
- İşçilərin şəxsi məlumat bazasının formalaşdırılması və yenilənməsi;
- Əmək müqavilələrinin və digər IR sənədlərinin hazırlanmasına kömək;
- Məzuniyyət, davamiyyət və intizamla bağlı məlumatların qeydiyyatı;
- İR hesabatlarının hazırlanmasında iştirak;
- İR departamentinin gündəlik fəaliyyətində inzibati dəstəyin göstərilməsi.
Tələblər:
- Ali təhsil (İnsan Resursları, Biznesin idarə olunması və ya oxşar sahələr üzrə üstünlük verilir);
- İnsan Resursları sahəsində minimum 3-6 ay iş təcrübəsi (təcrübəsiz, lakin öyrənməyə açıq namizədlər də nəzərdən keçirilə bilər);
- MS Office proqramları ilə işləmək bacarığı;
- Güclü ünsiyyət və təşkilatçılıq bacarıqları;
- Komandada işləmək bacarığı və məsuliyyətlilik;
- Məlumatların məxfiliyinə və etik qaydalara riayət etmə bacarığı;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus və ya ingilis dili biliyi üstünlükdür;
İş barədə məlumat:
- Əmək haqqı: 450-500 AZN;
- İş yeri: Bakı şəh, Nərimanov rayonu;
- Müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda;
- 5 günlük iş qrafiki: I-V-ci günlər 09:00-18:00.
CV-lərinizi “İnsan Resursları üzrə kiçik mütəxəssis” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır