KOLLEKTA MMC KOLLEKTA MMC
  • 965

KOLLEKTA MMC

Maliyyə xidmətləri

İnsan Resursları üzrə kiçik mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnsan Resursları üzrə kiçik mütəxəssis

  • Deadline 15 Noyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • İnsan Resursları şöbəsinin gündəlik fəaliyyətinə dəstək göstərmək
  • İşə qəbul prosesində (elanların yerləşdirilməsi, CV-lərin seçilməsi, ilkin müsahibələrin təşkili və s.) iştirak etmək
  • Yeni əməkdaşların sənədləşmə və adaptasiya prosesində iştirak etmək
  • Əmək qanunvericiliyinə uyğun olaraq əmək müqavilələrinin, əmrlərin, əlavə və dəyişikliklərin hazırlanmasına və uçotuna kömək göstərmək
  • Məzuniyyət, ezamiyyət, işə gəlməmə və digər kadr əmrlərinin tərtibində iştirak etmək
  • İR məlumat bazasının və kadr uçotu sənədlərinin aktual saxlanılmasına nəzarət etmək
  • İR hesabatlarının hazırlanmasında və təhlil proseslərində iştirak etmək
  • Əməkdaşların sorğularının cavablandırılmasında və daxili kommunikasiya proseslərində dəstək olmaq
  • İnsan Resursları layihələrinin (motivasiya, inkişaf, məmnunluq sorğuları və s.) icrasında aktiv iştirak etmək

Tələblər:

  • Ali təhsil (İnsan Resursları, Biznesin idarə olunması, Hüquq və ya digər müvafiq sahələr üzrə)
  • İnsan Resursları sahəsində iş təcrübəsi və ya təcrübə proqramında iştirak üstünlükdür
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər normativ hüquqi aktlar haqqında baza biliklər
  • İşə qəbul, kadr uçotu və digər İR prosesləri üzrə ilkin biliklər
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı (xüsusilə Excel və Word)
  • Yüksək məsuliyyət, diqqətcillik və təşkilatçılıq bacarığı
  • Komanda ilə işləmək və öyrənməyə meyilli olmaq bacarığı
  • 1C və ya digər HRM sistemləri ilə işləmə bacarığı arzuolunandır

İş barədə məlumat:

  • Əmək haqqı: 500AZN
  • İş yeri: Bakı şəh., Nərimanov ray., Aşıq Molla Cümə.
  • 5 günlük iş qrafiki: I-V-ci günlər 10:00-19:00

CV-lərinizi “İnsan resursları üzrə kiçik mütəxəssis başlığı altında Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır

  • Daily17
  • Weekly471
  • Monthly1470