Kollekta MMC problemli kreditlər üzrə borcların effektiv idarə olunması və yığılmasının təmin edilməsi məqsədilə Ünvanda Təqib üzrə Mütəxəssis (Bakı şəhəri üzrə) vəzifəsinə məsuliyyətli və nəticəyönümlü namizəd axtarır.
Vəzifə öhdəlikləri:
- Gecikmiş kredit öhdəlikləri üzrə borcalanların və zaminlərin qeydiyyat, faktiki yaşayış və iş ünvanlarına səfərlərin həyata keçirilməsi, borcun mövcud vəziyyətinin və ödəniş imkanlarının yerində araşdırılması;
- Borcalan və zaminlərlə birbaşa əlaqə yaradılması, gecikmiş öhdəliklərin ödənilməsi ilə bağlı danışıqların aparılması, ödəniş üzrə razılaşmaların əldə edilməsi və razılaşmaların icrasının izlənilməsi;
- Əlaqə yaratmaq mümkün olmayan borcalan və zaminlər üzrə alternativ əlaqə vasitələrinin, faktiki yaşayış və iş ünvanlarının müəyyənləşdirilməsi və əldə edilmiş məlumatların aidiyyəti üzrə təqdim edilməsi;
- Problemli kreditlər üzrə borcların geri qaytarılması məqsədilə müəyyən edilmiş prosedurlara uyğun təqib tədbirlərinin həyata keçirilməsi və nəticələrin izlənilməsi;
- Həyata keçirilmiş vizitlər, görüşlər, aparılmış danışıqlar və əldə edilmiş nəticələr barədə məlumatların müvafiq sistemə vaxtında və düzgün daxil edilməsi;
- Zəruri sənədlərin, aktların, görüş və vizit nəticələrinin, habelə digər müvafiq məlumatların xüsusi proqram təminatına yüklənməsi və sənədləşdirilməsinin təmin edilməsi;
- Borcalanlarla aparılmış danışıqların və əldə edilmiş razılaşmaların icrasına nəzarətin həyata keçirilməsi və zəruri hallarda təkrar təqib tədbirlərinin görülməsi;
- Fəaliyyət istiqaməti üzrə gündəlik, həftəlik və digər dövri hesabatların hazırlanması, həyata keçirilmiş vizitlər və əldə edilmiş nəticələr barədə rəhbərliyə məlumatların təqdim edilməsi;
- Əlaqəli struktur bölmələr və qurumlarla zəruri işgüzar əlaqələrin həyata keçirilməsi, məktub və sorğuların hazırlanması və göndərilməsi;
- BOKT-nin daxili qayda, prosedur, təlimat və əsasnamələrinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanmasında iştirak edilməsi;
- Rəhbərliyin tapşırıqları əsasında problemli kreditlərin idarə olunması və borcların geri qaytarılması istiqamətində digər müvafiq işlərin həyata keçirilməsi.
Namizədə tələblər:
- İqtisadiyyat, Maliyyə, Hüquq və ya müvafiq istiqamət üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi; bank və ya BOKT təcrübəsi üstünlükdür;
- B kateqoriyalı sürücülük vəsiqəsi – mütləqdir;
- 1C/8.3 proqramı ilə işləmək bacarığı üstünlükdür;
- Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;
- Azərbaycan dilini mükəmməl bilmək, rus dili biliyi üstünlükdür;
- İşin səyyar xarakteri nəzərə alınaraq kişi namizədlərə üstünlük verilir.
İş barədə məlumat:
- Əmək haqqı: 1 200 AZN NETT
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi
- İş qrafiki: 5 günlük iş həftəsi, I–V günlər, 10:00–19:00
- Komfortlu iş şəraiti və peşəkar komanda
- Müasir idarəetmə sistemi və inkişaf imkanları
CV-lərinizi “Ünvanda Təqib üzrə Mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur..
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır