Problemli kreditlər şöbəsinin ünvanda təqib üzrə mütəxəssisi (Bakı şəhəri üzrə)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Problemli kreditlər şöbəsinin ünvanda təqib üzrə mütəxəssisi (Bakı şəhəri üzrə)

  • Истекает 3 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Kollekta MMC problemli kreditlər üzrə borcların effektiv idarə olunması və yığılmasının təmin edilməsi məqsədilə Ünvanda Təqib üzrə Mütəxəssis (Bakı şəhəri üzrə) vəzifəsinə məsuliyyətli və nəticəyönümlü namizəd axtarır.

Vəzifə öhdəlikləri: 

  • Gecikmiş kredit öhdəlikləri üzrə borcalanların və zaminlərin qeydiyyat, faktiki yaşayış və iş ünvanlarına səfərlərin həyata keçirilməsi, borcun mövcud vəziyyətinin və ödəniş imkanlarının yerində araşdırılması;
  • Borcalan və zaminlərlə birbaşa əlaqə yaradılması, gecikmiş öhdəliklərin ödənilməsi ilə bağlı danışıqların aparılması, ödəniş üzrə razılaşmaların əldə edilməsi və razılaşmaların icrasının izlənilməsi;
  • Əlaqə yaratmaq mümkün olmayan borcalan və zaminlər üzrə alternativ əlaqə vasitələrinin, faktiki yaşayış və iş ünvanlarının müəyyənləşdirilməsi və əldə edilmiş məlumatların aidiyyəti üzrə təqdim edilməsi;
  • Problemli kreditlər üzrə borcların geri qaytarılması məqsədilə müəyyən edilmiş prosedurlara uyğun təqib tədbirlərinin həyata keçirilməsi və nəticələrin izlənilməsi;
  • Həyata keçirilmiş vizitlər, görüşlər, aparılmış danışıqlar və əldə edilmiş nəticələr barədə məlumatların müvafiq sistemə vaxtında və düzgün daxil edilməsi;
  • Zəruri sənədlərin, aktların, görüş və vizit nəticələrinin, habelə digər müvafiq məlumatların xüsusi proqram təminatına yüklənməsi və sənədləşdirilməsinin təmin edilməsi;
  • Borcalanlarla aparılmış danışıqların və əldə edilmiş razılaşmaların icrasına nəzarətin həyata keçirilməsi və zəruri hallarda təkrar təqib tədbirlərinin görülməsi;
  • Fəaliyyət istiqaməti üzrə gündəlik, həftəlik və digər dövri hesabatların hazırlanması, həyata keçirilmiş vizitlər və əldə edilmiş nəticələr barədə rəhbərliyə məlumatların təqdim edilməsi;
  • Əlaqəli struktur bölmələr və qurumlarla zəruri işgüzar əlaqələrin həyata keçirilməsi, məktub və sorğuların hazırlanması və göndərilməsi;
  • BOKT-nin daxili qayda, prosedur, təlimat və əsasnamələrinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanmasında iştirak edilməsi;
  • Rəhbərliyin tapşırıqları əsasında problemli kreditlərin idarə olunması və borcların geri qaytarılması istiqamətində digər müvafiq işlərin həyata keçirilməsi.

Namizədə tələblər:

  • İqtisadiyyat, Maliyyə, Hüquq və ya müvafiq istiqamət üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi; bank və ya BOKT təcrübəsi üstünlükdür;
  • B kateqoriyalı sürücülük vəsiqəsi – mütləqdir;
  • 1C/8.3 proqramı ilə işləmək bacarığı üstünlükdür;
  • Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;
  • Azərbaycan dilini mükəmməl bilmək, rus dili biliyi üstünlükdür;
  • İşin səyyar xarakteri nəzərə alınaraq kişi namizədlərə üstünlük verilir.

İş barədə məlumat:

  • Əmək haqqı: 1 200 AZN NETT
  • İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi
  • İş qrafiki: 5 günlük iş həftəsi, I–V günlər, 10:00–19:00
  • Komfortlu iş şəraiti və peşəkar komanda
  • Müasir idarəetmə sistemi və inkişaf imkanları

CV-lərinizi “Ünvanda Təqib üzrə Mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur..

Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır 

  • Daily36
  • Weekly520
  • Monthly407