K KOLLEKTA MMC
  • 445

KOLLEKTA MMC

Financial services

Problemli kreditlər şöbəsinin ünvanda təqib üzrə mütəxəssisi (Cənub regionu üzrə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Problemli kreditlər şöbəsinin ünvanda təqib üzrə mütəxəssisi (Cənub regionu üzrə)

  • Deadline 18 August 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri: 

  • Müvafiq region üzrə gecikmiş kreditlərə dair borcalanların və zaminlərin qeydiyyatda olduğu ünvanlara, faktiki yaşayış yerlərinə və iş yerlərinə səfərlərin həyata keçirilməsi;
  • Problemli kreditlərin qaytarılması ilə bağlı tədbirlərin görülməsi və borcun könüllü şəkildə ödənilməsinə nail olunması istiqamətində fəaliyyətin təşkili;
  • Daxili normativ sənədlərin – təlimatların, prosedurların və əsasnamələrin hüquqi ekspertizasının aparılmasında iştirak və onların təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması;
  • Əlaqədar dövlət və qeyri-dövlət qurumları ilə yazışmaların aparılması, sorğuların göndərilməsi və cavabların koordinasiyası;
  • Kredit portfeli üzrə zəruri məlumat və sənədlərin PKİD-ə (Problemli Kreditlər üzrə İdarəetmə Departamentinə) aid xüsusi proqram təminatına tam və düzgün şəkildə yüklənməsi;
  • Vəzifə fəaliyyəti çərçivəsində tələb olunan müxtəlif analitik və statistik hesabatların hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi.

Tələblər:

  • Sürücülük vəsiqəsinin və şəxsi avtomobilinin olması mütləqdir;
  • Lənkəran şəhərində yaşayan namizədlərə üstünlük verilir;
  • Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq);
  • Müvafiq sahə üzrə 1 ildən çox iş təcrübəsi. Bank və ya BOKT sahəsində iş təcrübəsinin olması üstünlükdür;
  • Sürücülük vəsiqəsi;
  • 1C/8.3 proqramında işləmək bacarığı üstünlükdür;
  • Effektiv ünsiyyət bacarığı və komanda daxilində işləmək bacarığı;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili biliyi üstünlükdür;
  • İşin xüsusiyyəti ilə əlaqədar bəy namizədlərə üstünlük verilir.

İş barədə məlumat:

  • Əmək haqqı: NETT 1500 AZN 
  • Vəzifə öhdəliklərini şəxsi avtomobili ilə icra edəcək əməkdaşa yanacaq və avtomobilin istismar xərcləri şirkət tərəfindən ödəniləcək
  • 6 günlük iş qrafiki: I-V-ci günlər 10:00-18:00, VI-cı günlər 10:00-14:00

CV-lərinizi “Problemli kreditlər şöbəsinin ünvanda təqib üzrə mütəxəssisi” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır 

  • Daily28
  • Weekly619
  • Monthly737