Problemli kreditlər şöbəsinin ünvanda təqib üzrə mütəxəssisi (Regionlar üzrə)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Problemli kreditlər şöbəsinin ünvanda təqib üzrə mütəxəssisi (Regionlar üzrə)

  • Истекает 3 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Kollekta MMC problemli kreditlər üzrə borcların effektiv idarə olunması və yığılmasının təmin edilməsi məqsədilə Ünvanda Təqib üzrə Mütəxəssis (Regionlar üzrə) vəzifəsinə peşəkar və məsuliyyətli namizəd axtarır.

Vəzifə öhdəlikləri: 

  • Gecikmiş kredit öhdəlikləri üzrə borcalanların və zaminlərin qeydiyyat, faktiki yaşayış və iş ünvanlarına səfərlərin həyata keçirilməsi;
  • Borcalan və zaminlərlə birbaşa əlaqə yaradılması, mövcud borcun ödənilməsi ilə bağlı danışıqların aparılması və müvafiq tədbirlərin görülməsi;
  • Əlaqə yaratmaq mümkün olmayan borcalan və zaminlər üzrə alternativ əlaqə vasitələrinin və aktual ünvan məlumatlarının müəyyənləşdirilməsi;
  • Problemli kreditlərin geri qaytarılması və gecikmiş borcların azaldılması istiqamətində effektiv təqib tədbirlərinin həyata keçirilməsi;
  • Borcalanlarla aparılmış görüşlərin, səfərlərin və əldə edilmiş nəticələrin müəyyən edilmiş qaydada sənədləşdirilməsi və sistemə daxil edilməsi;
  • Zəruri sənədlərin və məlumatların PKİD üzrə istifadə olunan xüsusi proqram təminatına vaxtında və düzgün yüklənməsi;
  • Regionlar üzrə borcluların ünvanlarına həftədə ən azı 2 dəfə planlı vizitlərin həyata keçirilməsi;
  • Əlaqəli qurumlarla işgüzar əlaqələrin koordinasiya edilməsi, zəruri məktub və sorğuların hazırlanması və göndərilməsi;
  • BOKT-nin daxili təlimat, qayda, prosedur və əsasnamələrinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanmasında iştirak edilməsi;
  • Görülmüş işlər, həyata keçirilmiş vizitlər, əldə edilmiş nəticələr və kredit portfelinin vəziyyəti üzrə müvafiq hesabatların hazırlanması və təqdim edilməsi;
  • Vəzifə üzrə digər tapşırıqların müəyyən edilmiş müddətlərdə və keyfiyyət standartlarına uyğun icra edilməsi.

Tələblər:

  • İqtisadiyyat, Maliyyə, Hüquq və ya vəzifənin fəaliyyət istiqamətinə uyğun digər ixtisaslar üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Bank, BOKT, kollektor və ya problemli kreditlərin idarə edilməsi sahəsində iş təcrübəsi üstünlükdür;
  • B kateqoriyalı sürücülük vəsiqəsi – mütləqdir;
  • Regionlar üzrə aktiv hərəkət və ezamiyyət xarakterli iş rejiminə uyğunluq;
  • 1C/8.3 proqramı ilə işləmək bacarığı üstünlükdür;
  • Güclü ünsiyyət, danışıqlar aparmaq və inandırma bacarığı;
  • Məsuliyyətlilik, operativlik, nəticəyönümlülük və stressə davamlılıq;
  • Müstəqil və komanda daxilində effektiv işləmək bacarığı;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli;
  • Rus dili biliyi üstünlükdür;
  • İşin səyyar xarakteri nəzərə alınaraq kişi namizədlərə üstünlük verilir.

İş barədə məlumat:

  • Əmək haqqı: 1 600 AZN NETT
  • İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi
  • İş qrafiki: 5 günlük iş həftəsi, I–V günlər, 10:00–19:00
  • İş formatı: Ofis və regionlar üzrə səyyar fəaliyyət
  • Komfortlu iş şəraiti;
  • Müasir idarəetmə sistemi;
  • Peşəkar və mehriban komanda.

İnkişaf və karyera imkanları.CV-lərinizi “Ünvanda Təqib üzrə mütəxəssis” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır 

  • Daily122
  • Weekly484
  • Monthly370