Vəzifə öhdəlikləri:
- Problemli kreditlər üzrə qrupun fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirmək, strateji və operativ planların icrasını təmin etmək.
- Borc portfelinin keyfiyyətini qorumaq və təkmilləşdirmək məqsədilə risklərin müəyyən edilməsi, analizi və müvafiq tədbirlərin görülməsini təmin etmək.
- Qrup üzvlərinin iş yükünü balanslaşdırmaq, fərdi və komanda üzrə hədəfləri müəyyənləşdirmək və onların icrasına nəzarət etmək.
- Komandanın performans göstəricilərini (KPI) və effektivlik səviyyəsini mütəmadi izləmək, qiymətləndirmə və motivasiya mexanizmlərini tətbiq etmək.
- Hesabatlılıq və analitik təhlillər apararaq rəhbərliyə vaxtında və dəqiq məlumatlar təqdim etmək.
- Borc yığım proseslərinin qanunvericilik, daxili siyasət və etik standartlara uyğun həyata keçirilməsini təmin etmək.
- Proseslərin avtomatlaşdırılması, keyfiyyətin artırılması və məhsuldarlığın yüksəldilməsi istiqamətində təşəbbüslər və təkmilləşdirmə təklifləri vermək.
- İdarəetmə və ünsiyyət bacarıqları vasitəsilə komanda daxilində əməkdaşlıq, peşəkar mühit və məsuliyyətli iş münasibətlərini təşviq etmək.
- Şirkətin strateji məqsədlərinə uyğun olaraq borc yığım strategiyalarının hazırlanmasında və tətbiqində iştirak etmək.
Tələblər:
- Maliyyə, İqtisadiyyat, Biznesin İdarəedilməsi və ya müvafiq sahə üzrə ali təhsil.
- Problemli kreditlərin idarə olunması və ya borc yığım sahəsində minimum 3 illik iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə ən azı 2 il.
- Güclü danışıqlar, konfliktlərin idarə edilməsi və qərarvermə bacarıqları.
- Analitik düşünmə və hesabatlılıq vərdişləri.
- MS Office proqramlarında sərbəst işləmək bacarığı.
- Komanda idarəetməsində liderlik və motivasiya bacarığı.
- İşin xüsusiyyəti ilə əlaqədar kişi namizədlərə üstünlük verilir.
İş barədə məlumat:
- Əmək haqqı: 2000+ AZN (ƏH+bonus birlikdə)
- İş yeri: Bakı şəh, Nərimanov rayonu.
- Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
- 5 günlük iş qrafiki: I-V-ci günlər 10:00-19:00
CV-lərinizi “Problemli kreditlər üzrə Qrup Rəhbəri” başlığı altında Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır.