Konak Concept Konak Concept
  • 242
Konak Concept

Konak Concept

Məişət əşyaları

Satış Təmsilçisi – Dizayner

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış Təmsilçisi – Dizayner

  • Deadline 14 Fevral 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Konak Concept premium mebel və interyer həlləri üzrə fəaliyyət göstərən, yüksək estetik dəyərləri və funksional yanaşması ilə seçilən brenddir. Peşəkar komandamızı gücləndirmək məqsədilə satış və dizayn bacarıqlarını bir araya gətirən Satış Təmsilçisi – Dizayner vəzifəsi üzrə yeni əməkdaş axtarırıq.

Əsas məsuliyyətlər:

  • Müştəri ehtiyaclarını analiz edərək fərdi mebel və interyer konseptləri formalaşdırmaq
  • Dizayn proqramları (AutoCAD, 3ds Max, SketchUp) vasitəsilə vizual layihələr hazırlamaq
  • Satış prosesini layihələndirmədən icrayadək effektiv şəkildə idarə etmək
  • Müştərilərə yüksək keyfiyyətli xidmət göstərmək, müsbət alış təcrübəsi yaratmaq və davamlı müştəri münasibətlərinin formalaşdırılmasını təmin etmək
  • Satış hədəflərinə uyğun fəaliyyət göstərmək və brend dəyərlərini təmsil etmək
  • Sosial media və brend təqdimat layihələrində iştirak edərək məhsul təqdimatı, təhvil prosesi və digər video materialların hazırlanmasına dəstək vermək

Tələblər:

  • Ali təhsil və müvafiq sahə üzrə minimum 1–2 il təcrübə
  • Mebel və interyer dizaynı üzrə praktiki biliklər
  • Azərbaycan və rus dillərində səlis ünsiyyət (ingilis dili üstünlükdür)
  • Güclü təqdimat bacarıqları, estetik baxış və müştəriyönümlü yanaşma

Biz nə təklif edirik:

  • Performansa əsaslanan bonus sistemi
  • Rəsmi əmək münasibətləri və korporativ iş mühiti
  • Premium brendlə uzunmüddətli karyera perspektivi 
  • Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarıqları əsasında müəyyən edilir

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış Təmsilçisi – Dizayner” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily82
  • Weekly575
  • Monthly1362