Anbar Əməliyyatları üzrə Mütəxəssis

  • Deadline 6 İyul 2024

Vəzifə öhdəlikləri:

  • Minimal stokun təyin edilməsi və Satınalma şöbəsinə sifariş verilməsi;
  • Satınalma şöbəsinə verilən sifarişlərin qəbulu və aidiyyatı üzrə göndərilməsinin təmin edilməsi;
  • İT avadanlıqlar anbarının idarə olunması, yeni açılacaq mağazaların İT avadanlıqları ilə təmin edilməsi və sistem üzrə yerdəyişmə edilməsi (eyni ilə bağlanmış mağazalardan İT avadanlıqların təhvil alınması);
  • Təmin edilən məhsulların istifadə qalığına Mikro sistemində yerdəyişmə edilməsi və təyin olunmuş obyektlərdə qalığın yaradılmasının təmin edilməsi;
  • Kateqoriya menecerlərinin sifarişlərini qəbul etmə və aidiyyatı mağazalara göndərilməsi həmçinin sistemdə yerdəyişmə edilməsi;
  • Retail şöbəsinin sifarişlərinin təmin edilməsi;
  • Daxili tədarük bölməsinə aid rəqəmsal məhsulların saxlanılması və təmin edilməsi;
  • Stelajda məhsulların stok və çeşidə uyğun yığılması, kodlaşdırılması;
  • Məhsulların mədaxil və məxaric sənədi əsasında icrası edilməsi.

Tələblər:

  • Ali təhsil (müvafiq sahə üzrə arzu olunandır);
  • Rus və ingilis dili bilikləri arzu olunandır;
  • 3 - 5 il anbar təcrübəsi;
  • 1C və Mikro fly proqramları üzrə biliklər;
  • MS Office proqramları (xüsusi ilə excel);
  • Analitik düşüncə və nəticəyə istiqamətlənmə;
  • İşində məsuliyyətli və dürüst olması;
  • Yüksək səviyyədə yazılı / şifahi ünsiyyət bacarığı.

İş şəraiti:

  • İş günləri: I-VI günlər;

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Günlük0
  • Həftəlik289
  • Aylıq2019