Təsvir
- Mühasibat uçotu üzrə əməliyyatların qanunvericiliyə və şirkətin daxili prosedurlarına uyğun aparılmasını təmin etmək;
- İlkin mühasibat sənədlərinin düzgünlüyünü və tamlığını yoxlamaq;
- Mühasibat hesabları üzrə əməliyyatların uçotunu aparmaq və nəzarət etmək;
- Bank və kassa əməliyyatlarının uçotunu həyata keçirmək;
- Debitor və kreditor borclarına nəzarət etmək və qarşılıqlı üzləşdirmələr aparmaq;
- Təchizatçılar və digər kontragentlərlə hesablaşmaları yoxlamaq;
- Əsas vəsaitlərin uçotunu və amortizasiya hesablamalarını aparmaq;
- Əmək haqqı və digər ödənişlərlə bağlı mühasibat əməliyyatlarının uçotunu aparmaq;
İş şəraiti:
- İş qrafiki: I-V günlər, 09:00 - 18:00.
Tələblər
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Mühasibatlıq sahəsində ən azı 3 il iş təcrübəsi;
- Aparıcı mühasib və ya analoji vəzifədə iş təcrübəsi üstünlükdür;
- Azərbaycan Respublikasının mühasibat və vergi qanunvericiliyi üzrə yaxşı bilik;
- Vergi hesablamaları və hesabatlarının hazırlanması üzrə praktiki bilik;
- Bank, kassa, debitor-kreditor və əsas vəsaitlərin uçotu üzrə təcrübə;
- Maliyyə hesabatlarının hazırlanması və aylıq bağlanış prosesləri üzrə təcrübə;
- 1C proqramında işləmək bacarığı;
- MS Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı;
- Analitik düşünmə və rəqəmlərlə işləmə bacarığı;
- Detallara diqqətli və məsuliyyətli yanaşma;
- Komandada işləmək və effektiv kommunikasiya bacarığı.
Üstünlük hesab olunur:
- ERP sistemləri ilə iş təcrübəsi;
- IFRS üzrə bilik;
- ACCA və ya digər peşəkar sertifikatların olması;
- Audit proseslərində iştirak təcrübəsi;
- Maliyyə hesabatlarının müstəqil hazırlanması üzrə təcrübə.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.