Vəzifə öhdəlikləri:
- İsti və soyuq kofelərin, kokteyllərin və s. içkilərin hazırlanması və təqdim edilməsi;
- Sifarişlərin kassaya vurulması və ödənişin alınması;
- Aylıq və gündəlik satış hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Şirkətlər tərəfindən göndərilən məhsulların qəbulu və qeydi;
- Geri qaytarılan məhsulların qeydiyyatının aparılması;
- İş yerinin və satış vitrininin təmiz və səliqəli saxlanılmasının təmin edilməsi:
- Şirkətin daxili nizam-intizam qaydalarına riayət edilməsi.
Tələblər:
- Səlis azərbaycan və rus dili biliyi;
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
- Nizam - intizamlı, məsuliyyətli;
- İşində diqqətli və çevik olması.
İş şəraiti:
- İş qrafiki: Növbəli;
- Əmək haqqı: 600-1000 Azn.
Qeyd olunan tələblərə uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.