Təsvir
- E-kommersiya layihələri üzrə biznes tələblərinin toplanması və onların texniki həllərə çevrilməsinin təmin edilməsi;
- Veb sayt və daxili sistemlər üzrə istifadəçi təcrübəsinin təhlili və təkmilləşdirmə təkliflərinin hazırlanması;
- E-kommersiya proseslərinin avtomatlaşdırılması və optimallaşdırılması istiqamətində işlərin görülməsi;
- Satış, müştəri xidməti və logistika komandalarının tələblərinin toplanması və uyğun texniki həllərin hazırlanması;
- Funksional və texniki tələblərə dair sənədlərin hazırlanması (BRD, FRD, SRS və s.);
- SEO, A/B testləri, performans və dönüşüm optimizasiyası üzrə analitik hesabatların hazırlanması;
- İT, marketinq və e-kommersiya şöbələri arasında əlaqələndirici funksiyanın yerinə yetirilməsi;
- Sistem testləri və istifadəçi qəbul testlərinin (UAT) təşkili və icrasına nəzarət;
- FigJam, Bizagi, Draw.io və digər analitik alətlərdən istifadə etməklə vizual sxemlərin hazırlanması;
- Sistem inteqrasiyası və texniki məhdudiyyətlər nəzərə alınaraq analitik həllərin təklif edilməsi.
Tələblər
- Ali təhsil (İnformasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə);
- İT biznes analitikası sahəsində minimum 1 il iş təcrübəsi;
- Elektron kommersiya platformalarında (Magento və ya digər oxşar platformalarda) təcrübə arzuolunandır;
- JIRA, Confluence və BPMN üzrə təcrübə;
- API-lər və sistem inteqrasiyalarının əsas prinsiplərini anlamaq;
- Veb analitika alətləri (Google Analytics, Hotjar və s.) ilə işləmə bacarığı;
- SEO, CRM və ERP inteqrasiyaları haqqında biliklər;
- Satışların analizi və planlaşdırılması sahəsində təcrübə;
- MS Excel-də yüksək səviyyədə işləmə bacarığı (analitik hesabatlar, cədvəllər və proqnozlaşdırma);
- Detallara diqqət, güclü analitik düşüncə və problem həll etmə bacarığı;
- Rus dili mütləqdir, ingilis dili biliyi üstünlükdür.
İş şəraiti
- İş günləri: I-V günlər, 09:00-18:00;
- Rəqabət qabiliyyətli əmək haqqı.