Kontakt Home Kontakt Home
  • 264

Data Analitik (Digital, Mobil tətbiqlər və Pərakəndə)

Data Analitik (Digital, Mobil tətbiqlər və Pərakəndə)

  • Deadline 8 Fevral 2026

Təsvir

  • Güclü analitik və marketinq bacarıqlarına malik Data Analitik axtarırıq. Bu rolda əsas məqsəd — mobil platformalar, rəqəmsal marketinq, ödəniş sistemləri və retail satış kanallarından gələn məlumatları birləşdirərək tam analitika sistemini qurmaqdır. Məlumatların düzgünlüyünü təmin etmək və vahid mənzərə yaratmaq vacibdir: müştərinin cəlb olunma dəyəri nə qədərdir, onun dəyəri və ödəniş qabiliyyəti nədir, nə vaxt geri dönüş (payback) baş verir və ümumi satışlara necə təsir göstərir.

Əsas vəzifələr:

  • Google Play Console və App Store Connect-dən məlumatların yüklənməsi və analizi (installs, subscriptions, churn, ARPU, LTV, retention);
  • Ödəniş xidmətləri və PSP-lərdən tranzaksiya məlumatlarının toplanılması;
  • CRM, retail funnel və digər satış kanallarından məlumatların inteqrasiyası və uyğunlaşdırılması;
  • Mobil, online və retail datalarının birləşdirilərək müştəri yol xəritəsinin (customer journey) tam mənzərəsinin qurulması;
  • Bütün göstəriciləri əhatə edən vahid analitik hesabat / data martın hazırlanması;
  • Gündəlik metriklərin monitorinqi və anomaliyaların aşkar edilməsi;
  • Looker Studio və Power BI-də dashboard və hesabatların hazırlanması;
  • Retail və online istifadəçi davranışlarının analizi, satışa təsir edən tendensiyaların müəyyən edilməsi;
  • Marketinq və məhsul komandaları ilə sıx əməkdaşlığın edilməsi.

Tələblər

  • Digital, e-commerce, retail və ya OTT layihələrində ən az 2 il Data Analyst / Marketing Analyst təcrübəsi;
  • SQL, BigQuery, Excel/Sheets, Looker Studio, Power BI üzrə yüksək səviyyədə bacarıq;
  • Rus dili biliyi yüksək səviyyədə;
  • Rəqəmsal marketinq və unit-ekonomika üzrə biliklər (CAC, LTV, ROI, ROMI);
  • Google Ads, Meta Ads Manager, Appsflyer, Firebase, GA4 ilə işləmə təcrübəsi;
  • Böyük həcmli məlumatlarla işləmə, strukturlaşdırma və biznes üçün nəticə çıxarma bacarıqları;
  • Diqqətlilik, analitik düşüncə, sistemli yanaşma.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly762
  • Monthly784