Təsvir:
- İnformasiya sistemləri üzrə VB-nin quraşdırılması, sazlanması və davamlılığının təmin edilməsi;
- VB-nin monitorinqi və optimallaşdırılması üzrə işlərin həyata keçirilməsi;
- VB-nin ehtiyat nüsxələrinin idarə edilməsi (backup/restore) işinin təşkil edilməsi;
- VB üzrə resurs planlamasının idarə edilməsi işinin təşkil edilməsi;
- Ehtiyat Mərkəzdə VB-nin dayanıqlı fəaliyyətinin təmin edilməsi;
- VB-nin fasiləsizliyinin təmin olunması məqsədilə replikasiya və failover həllərinin tətbiq edilməsi;
- VB üzrə yeniləmə, miqrasiya və patch proseslərinin həyata keçirilməsi;
- İnformasiya təhlükəsizliyinin təmin olunması üçün müvafiq tədbirlərin həyata keçirilməsi.
İş şəraiti:
- Həftə içi: 09:00–18:00
Tələblər:
- Ali təhsil (texniki sahə üstünlükdür);
- MSSQL VB-nin inzibatçılığı üzrə minimum 3 il iş təcrübəsi;
- Böyük həcmli və yüksək yüklü OLTP sistemlərlə iş təcrübəsi;
- SQL, PL/SQL üzrə dərin bilik və bacarıqlar;
- İnformasiya təhlükəsizliyinin əsasları barədə anlayış;
- High Availability (HA) və Ehtiyat Mərkəz (DR) mexanizmləri (Always On və s.) ilə iş təcrübəsi;
- Oracle VB-nin idarə edilməsi üzrə biliklərin olması arzuolunandır.
Vakansiya haqqında:
- Vakansiya növü Tam ştat
- Təcrübə 3-4 il
- Vəzifə dərəcəsi Mütəxəssis
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.