Vəzifə öhdəlikləri:
- Yeni proqram təminatı və modulların yazılması;
- Kodlaşdırma zamanı qəbul edilmiş prinsip və standartların (Best Practices) nəzərə alınması;
- Proses zamanı qarşıya çıxan problemlərin analizi və aradan qaldırılması;
- Yazılmış hər bir modul və ya həllin müvafiq testlərlə dəstəklənməsi;
- Sənədləşdirmə və mövcud sənədləşdirmənin təkmilləşdirilməsi;
- Proqram təminatının daha sonrakı mərhələlərdə dəstəklənməsi.
Tələblər:
- Angular üzrə minimum 2 il il iş təcrübəsi;
- HTML, CSS, JavaScript (ES6+) bilikləri;
- DevExtreme, Angular Material, Bootstrap kimi populyar kitabxanalarla iş təcrübəsi (Xüsusilə DevExtreme ilə iş təcrübəsi üstünlükdür);
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- Ümumi alqoritm qurma bacarığı;
- Agile/SCRUM metodologiyaları üzrə təcrübə;
- Tapşırıqlara adaptasiya və sərbəst araşdırma qabiliyyəti;
- Məsuliyyətlilik və düzgünlük kimi şəxsi keyfiyyətlər;
- Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti, minimum texniki dokumentasiyaları oxuya və araşdıra bilməyə kifayət texniki İngilis dili biliyi.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.