Kontakt Home Kontakt Home

İnsan resursları əməliyyatları üzrə mütəxəssis

İnsan resursları əməliyyatları üzrə mütəxəssis

  • Deadline 31 Avqust 2025

Vəzifə öhdəlikləri:

  • İşə başlayacaq olan işçilərin işə giriş təlimatı və əməyin mühafizəsi şərtləri ilə tanış olunması;
  • Şirkət əməkdaşlarının işdən çıxma prosedurlarının təşkili: İşdən çıxış səbəblərinin araşdırılması, müvafiq şöbənin əməkdaşına yönləndirilməsi, ərizənin alınması, işdən çıxış aktının imzalanma prosesinin təşkil edilməsi, elektron dövlət portalından və daxili sistem üzərindən işçyə xitam verilməsi;
  • Kadr əmrlərin hazırlanması (işdən azad, işə qəbul, əmək məzuniyyəti, vəzifə/şöbə/maaş dəyişikliklərinin hazırlanması);
  • Müəyyən olunmuş dövrlər üzrə insan resurslarının inkişafı və idarə edilməsinə dair strategiyalar, proqramlar, təşkilati-sərəncam və digər sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək və təsdiq edildikdən sonra onların həyata keçirilməsini təmin etmək;
  • İnsan resursları fəaliyyəti ilə bağlı statistik hesabatları tərtib edir və aidiyyəti üzrə təqdim etmək;
  • Müəssisədaxili administrasiya işlərinin həyata keçirilməsinə nəzarət edilməsi
    Şöbənin və digər şöbələrin əməkdaşlarının daxili icra və əmək intizamı qaydalarına riayət etməsinə nəzarət edilməsi;
  • Məktubların yazılması, göndərilən sənədlərin həm jurnalda həm də elektron qeydiyyatının aparılması, skan olunması, ünvana çatmasına və icra olunmasına nəzarət olunması.

Tələblər:

  • Ali təhsil (psixologiya, sosiologiya, hüquq, insan resursları, menecment kimi sahələrdə ali təhsil arzu olunandır);
  • İnsan Resursları üzrə mütəxəssis olaraq minimum 3 il iş təcrübəsi;
  • Yaxşı səviyyədə 1C (8.2: 8.3) bilikləri;
  • Yaxşı səviyyədə MS Excel bilikləri;
  • Səlis Azərbaycan və Rus dili bilikləri;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsi bilikləri;
  • Elektron Hökümət Portalları ilə ( e-sosial; İSB; ƏMAS) işləmə bacarığı;
  • Kadr kargüzarlığının aparılmasına dair biliklər;
  • Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Analitik düşünmə və problemləri həll etmə və liderlik bacarıqları;
  • İşçi qruplarının idarə edilməsində, eləcə də yeni təşəbbüslərdə liderlik bacarıqlarının nümayiş etdirilməsi.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

Qeyd olunan tələblərə uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily121
  • Weekly472
  • Monthly591