Təsvir
- İşə qəbul, işdən azad olunma, məzuniyyət və digər kadr əməliyyatları üzrə sənədlərin və əmrlərin hazırlanması;
- Əmək müqavilələrinin, əmək müqavilələrinə əlavələrin və şəxsi işlərin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsi;
- ƏMAS sistemində əmək müqaviləsi bildirişlərinin vaxtında daxil edilməsi və məlumatların aktuallığının təmin edilməsi;
- İşçilərin davamiyyətinin gündəlik izlənilməsi və uçotunun aparılması;
- Məzuniyyət balanslarının izlənilməsi və məzuniyyətlərlə bağlı sənədləşmənin aparılması;
- Xəstəlik vərəqələrinin, ödənişsiz məzuniyyətlərin və digər işburaxma hallarının qeydiyyatı və idarə edilməsi;
- ƏMAS, E-Sosial, DƏMX, İSB və digər dövlət elektron sistemləri ilə işləmək, daxil olan sorğuları cavablandırmaq və məlumatların düzgünlüyünə nəzarət etmək;
- Daxili əmrlərin, arayışların və digər HR sənədlərinin hazırlanması;
- Kadr uçotu və HR inzibatçılığı üzrə hesabatların hazırlanması;
- Kadr kargüzarlığının düzgün və vaxtında aparılmasının təmin edilməsi
Tələblər
- Ali təhsil; İnsan Resursları, Hüquq, Menecment, Psixologiya, Sosiologiya və əlaqəli ixtisaslara üstünlük verilir;
- İnsan Resursları sahəsində ən azı 2 il iş təcrübəsi;
- Retail sahəsində iş təcrübəsi üstünlükdür;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə yüksək səviyyədə bilik;
- ƏMAS və digər dövlət elektron portalları ilə işləmə bacarığı;
- Kadr kargüzarlığı və HR inzibatçılığı üzrə praktiki biliklər;
- 1C (8.2/8.3) proqramı üzrə yaxşı səviyyədə bilik;
- MS Excel proqramında yüksək səviyyədə bilik — Pivot cədvəlləri, formulalar və digər funksiyalarla işləmə bacarığı;
- Azərbaycan dilində səlis danışıq və yazılı ünsiyyət bacarığı;
- Rus və ya ingilis dillərindən ən azı birində sərbəst səviyyədə danışıq və yazılı ünsiyyət bacarığı;
- Yüksək diqqətlilik, məsuliyyətlilik və analitik düşüncə;
- Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
- Müxtəlif xarakterli insanlarla düzgün və peşəkar ünsiyyət qurmaq bacarığı;
- Konfliktli vəziyyətləri düzgün idarə etmək və işgüzar münasibətləri qorumaq bacarığı;
- Dinamik iş mühitində işləməyə, aktiv iş tempinə uyğunlaşmağa və yüksək iş yükünü idarə etməyə hazır olmaq;
- Daxil olan sorğulara və iş tapşırıqlarına operativ şəkildə geri dönüş etmək bacarığı;
- Komandada işləmək bacarığı.
Biz nə təklif edirik?
- Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Dinamik və müasir iş mühiti;
- Müasir və rahat ofis şəraiti;
- Peşəkar və əməkdaşlığa əsaslanan komanda mühiti;
- Yeni bilik və bacarıqların inkişaf etdirilməsi üçün imkanlar;
- Böyük və dinamik şirkət mühitində müxtəlif HR layihələrində iştirak imkanı.
İş şəraiti:
- İş qrafiki: I–V günlər, 09:00–18:00;
- İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 3G, Red Plaza.
Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.