Kontakt Home Kontakt Home
  • 1.1K

İnsan resurslarının idarə edilməsi və təlim departamentinin direktoru

İnsan resurslarının idarə edilməsi və təlim departamentinin direktoru

  • Deadline 13 İyul 2024

Vəzifə öhdəlikləri:

  • İnsan resursları və təlim departamentinin işinin təşkili;
  • İnsan resurslarının planlaşdırılması və idarə olunması;
  • Şirkətin strateji hədəflərinə xidmət göstərən əməliyyat planlarının icrasının təmin olunması;
  • İşə qəbul prosesinin təşkili və ona nəzarət;
  • İşə qəbul və adaptasiya planının hazırlanması və plana uyğun olaraq adaptasiya tədbirlərinin təmin olunması;
  • İnsan resursları inzibatçılığı və rəsmiləşdirmə işlərinin təşkili;
  • Prosedur və qaydaların hazırlanması və inkişafı;
  • Əməyin qiymətləndirilməsi prosesinin təşkili və idarə olunması;
  • Təlim ehtiyyaclarının müəyyən edilməsi;
  • İşçilər üçün inkişaf və təlim proqramlarının hazırlanması;
  • Daxili və xarici təlimlərin təşkil olunmasına nəzarət;
  • İşçi məmnuniyyətinin ölçülməsi və müvafiq olaraq təkliflərin hazırlanması;
  • Həvəsləndirmə və mükafatlandırma sisteminin inkişafı;
  • Şikayyət, təklif və müraciətlərin araşdırılması və müvafiq qərarların qəbul edilməsi;
  • İntizam proseslərinin idarə olunması;
  • İR üzrə audit işlərinin həyata keçirilməsi;
  • İnsan resurları üzrə müxtəlif hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • İnsan resurslarının inkişafı üzrə təkliflər hazırlamaq;
  • İnsan resursları üzrə potensial risklərin müəyyən edilməsi və aradan qaldırılması.

Tələblər:

  • Ali təhsil;
  • İnsan resursları sahəsində ən azı 7 il iş təcrübəsi, o cümlədən bu sahədə rəhbər vəzifəsində minimum 3 il iş stajı;
  • AR əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
  • İnsan resurslarının funksiyaları, standartları və prosedurları haqqında yüksək biliyə malik olmalı;
  • Azərbaycan dilini əla səviyyədə bilməli, rus dilini bilməsi arzuolunandır;
  • MS Office proqramlarını, xüsusilə Excel proqramını yaxşı səviyyədə bilməli;
  • İR proqram təminatları ilə işləmə təcrübəsi arzuolunandır.

Şəxsi keyfiyyətlər:

  • Liderlik xüsusiyyətləri;
  • Təşkilatçılıq bacarığı;
  • Gərgin iş şəraitində işləmək bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • Diqqətli və məsuliyyətli.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Günlük0
  • Həftəlik289
  • Aylıq2019