Təsvir
- Şirkətin biznes məqsədlərinə uyğun işə qəbul strategiyasının hazırlanması və icrası;
- İşə qəbul komandasının idarə olunması, inkişafı və performansının izlənilməsi;
- Açıq vakansiyaların prioritetləşdirilməsi və işə qəbul planının hazırlanması;
- Struktur rəhbərləri ilə əməkdaşlıqda hər bir vəzifə üzrə tələblərin və seçim meyarlarının müəyyənləşdirilməsi;
- Vakansiyaların vaxtında və keyfiyyətli bağlanmasının təmin edilməsi;
- Namizəd axtarışı üçün effektiv mənbə və yanaşmaların müəyyənləşdirilməsi;
- Müsahibə və qiymətləndirmə proseslərinin standartlaşdırılması və təkmilləşdirilməsi;
- Namizəd təcrübəsinin yüksək səviyyədə saxlanılması;
- İşə qəbul göstəricilərinin (işə qəbul müddəti, vakansiyanın bağlanma müddəti, təklifin qəbul dərəcəsi, mənbənin effektivliyi və s.) davamlı təhlili və zəif nöqtələrin müəyyənləşdirilməsi
- Nəticələr üzrə mütəmadi hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- İşə qəbul proseslərinin avtomatlaşdırılması və ATS-dən effektiv istifadənin təmin edilməsi;
- İşəgötürən brendinqi təşəbbüslərinin İnsan Resursları və Marketinq komandaları ilə koordinasiyası;
- Əmək bazarı, əmək haqqı meylləri və rəqib şirkətlərin yanaşmalarının izlənilməsi;
- İşə qəbul büdcəsinin planlaşdırılması və səmərəli idarə olunması;
- İşə qəbul proseslərinin daxili prosedurlara və qanunvericiliyə uyğunluğunun təmin edilməsi.
Tələblər
- İnsan Resursları və ya Biznesin İdarə Edilməsi sahəsində ali təhsil üstünlükdür;
- İşə qəbul sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən komanda idarəçiliyi təcrübəsi;
- İşə qəbul proseslərinin tam olaraq idarə olunması üzrə güclü praktiki təcrübə;
- Rəhbər səviyyəli vakansiyaların bağlanması üzrə təcrübə;
- Namizəd axtarışı metodları üzrə yüksək bilik və bacarıqlar;
- İşə qəbul göstəriciləri və analitika ilə işləmək bacarığı;
- Struktur rəhbərləri və üst rəhbərliklə effektiv ünsiyyət qurmaq bacarığı;
- Güclü liderlik, planlaşdırma və prioritetləşdirmə bacarıqları;
- Eyni zamanda çoxsaylı vakansiya və layihələrin idarə olunması bacarığı;
- Problem həll etmə və qərarvermə bacarığı;
- Azərbaycan dilində sərbəst, rus və ingilis dilində yüksək səviyyədə bilik üstünlükdür;
- ATS və işə qəbul alətləri ilə iş təcrübəsi üstünlükdür.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.