Təsvir:
- Layihələr üzrə texniki tapşırıq, analiz və dizayn sənədlərinin hazırlanması;
- Maraqlı tərəflərlə görüşlərin təşkili, tələblərin toplanması və dəqiqləşdirilməsi;
- Toplanan tələblərin analiz edilməsi, optimallaşdırılması və razılaşdırılması;
- Funksional və qeyri-funksional tələblərin sənədləşdirilməsi və prioritetləşdirilməsi;
- İstifadəçi hekayələrinin (user stories), qəbul meyarlarının (acceptance criteria) və istifadə ssenarilərinin hazırlanması;
- Proses diaqramlarının və Use Case-lərin hazırlanması (BPMN 2.0 əsasında);
- Eskiz və prototiplərin hazırlanması, təqdimatı və rəylərin toplanması;
- Hazırlanmış funksionallıqların ilkin testlərinin aparılması;
- Tapşırıqların planlaşdırılması, prioritetlərin və mərhələlərin (milestones) müəyyən edilməsi;
- Mövcud sistemlərə dəstək göstərilməsi və yeni tələblərin tətbiq olunması;
- Komanda ilə SCRUM görüşlərində iştirak və tapşırıqların müzakirə olunması;
- İstifadəçi və inzibatçı təlimatlarının hazırlanması, təqdimat və təlimlərin təşkili.
İş şəraiti:
- İş günləri: I–V günlər;
- İş saatı: 09:00–18:00.
Tələblər:
- Ali təhsil (Biznes, İT və ya əlaqəli sahə üzrə);
- Azərbaycan dili – əla səviyyədə, ingilis dili – texniki səviyyədə, rus dili – üstünlük hesab olunur;
- İT layihələrində minimum 2 il biznes analitiki və ya məhsul sahibi (Product Owner) kimi təcrübə;
- Analitik düşünmə və tələblərin düzgün formalaşdırılması bacarığı;
- Operativ qərarvermə və yüksək məsuliyyətlilik;
- BPMN 2.0 və UML diaqramları ilə işləmə bacarığı;
- Eskiz və prototipləşdirmə alətləri (Figma, Balsamiq və s.) ilə işləmə təcrübəsi;
- Layihə idarəetmə alətləri (Jira, ClickUp, Azure Boards və s.) ilə işləmə bacarığı;
- SCRUM metodologiyası üzrə biliklər və komanda ilə işləmə təcrübəsi;
- API və SQL üzrə baza biliklər;
- UI/UX prinsipləri barədə anlayış;
- Proqram təminatının hazırlanma mərhələləri (SDLC) üzrə biliklər.
Vakansiya haqqında:
- Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.