İT dəstək üzrə kiçik mühəndis

  • Deadline 4 İyul 2026

Təsvir

  • Kompüter, printer, skaner və digər ofis avadanlıqlarına ilkin texniki dəstəyin göstərilməsi;
  • Korporativ şəbəkə, Wi-Fi və internet bağlantısı ilə bağlı problemlərin aşkarlanması və aradan qaldırılması;
  • Sistem administratoruna gündəlik işlərdə dəstək göstərilməsi;
  • İT inventarizasiyasının aparılmasında və müvafiq sənədləşdirmə proseslərində iştirak;
  • Proqram təminatlarının quraşdırılması, sazlanması və yenilənməsi proseslərinə dəstək;
  • İstifadəçilərdən daxil olan texniki müraciətlərin qeydiyyatı, təhlili və həlli istiqamətində işlərin görülməsi;
  • Məlumat təhlükəsizliyi və ehtiyat nüsxələmə prosedurlarının tətbiqi ilə tanış olmaq və dəstək göstərmək.

İş şəraiti:

  • İş günləri: Həftənin I–V günləri;
  • İş saatları: 09:00 – 18:00.

Tələblər

  • Müvafiq sahə üzrə 1 ilədək iş təcrübəsi;
  • Komanda ilə effektiv ünsiyyət və əməkdaşlıq bacarığı;
  • Məsuliyyətli, operativ problem həll etmə və detallara diqqət yetirmə bacarığı;
  • Vaxtın effektiv idarə olunması və işlərin prioritetləşdirilməsi bacarığı;
  • Windows əməliyyat sistemi və Microsoft Office proqramları üzrə yaxşı biliklər;
  • TCP/IP, DNS, DHCP və şəbəkə texnologiyalarının əsasları üzrə ilkin biliklər;
  • LAN və Wi-Fi bağlantı problemlərinin diaqnostikası və həlli üzrə praktiki bacarıqlar;
  • Remote Access alətləri ilə işləmə bacarığı;
  • Active Directory üzrə ilkin biliklər;
  • Windows və Linux server mühitləri üzrə baza biliklərə malik olmaq (üstünlükdür);
  • POS sistemləri ilə iş təcrübəsi (üstünlükdür);
  • Məxfilik qaydalarına riayət etmək;
  • Ezamiyyətlərə hazır olmaq.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily112
  • Weekly570
  • Monthly570