Vəzifə öhdəlikləri:
- Müştərilər tərəfindən ödənilən pul vəsaitlərinin, o cümlədən kredit ödənişlərinin qəbul edilməsi;
- Ödənilən vəsaitlərin yoxlanılması və tələb olunan qaydada əməliyyatın həyata keçirilməsi;
- Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədlərin tərtib edilməsi;
- Kassadan keçən bütün pul vəsaitlərinin, sənədlərin və qiymətlərin izlənilməsi, nəzarətdə saxlanılması və hesabatının aparılması;
- Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasının və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsinin təmin edilməsi;
- Müştərilərin suallarını dinləyib, səlahiyyəti çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönəldirilməsi.
İş şəraiti:
- İş grafiki: Növbəli
Tələblər:
- Ali təhsil;
- Kassir vəzifəsində iş təcrübəsi arzu olunandır;
- Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi üstünlükdür;
- Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
- Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklər;
- Müxtəlif növ kassa aparatları və onların iş mexanizmləri üzrə biliklər;
- Dəqiqlik, məsuliyyətlilik və dürüstlük.
Qeyd olunan tələblərə uyğun namizədlər link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.