Kiçik məişət məhsullarının topdan satışı üzrə mütəxəssis

  • Истекает 7 май 2026

Təsvir

  • Daxil olan sifarişlər əsasında tələbatın düzgün analiz edilərək formalaşdırılması;
  • Müştəri tələblərinə uyğun təklif paketlərinin hazırlanması və alternativ məhsul seçimlərinin təqdim edilməsi;
  • Topdan satış üzrə sənədləşmə işlərinin aparılması və arxivləşdirmə prosesində sənədləşmə inzibatçısına dəstək göstərilməsi;
  • Satış və satışdan sonrakı proseslərin tam və effektiv şəkildə izlənilməsi;
  • Müştəri məmnuniyyətinin ölçülməsi, təhlili və qorunması istiqamətində tədbirlərin görülməsi;
  • Ödənişlərin mütəmadi izlənilməsi, gecikmiş ödənişlərlə bağlı müştərilərin məlumatlandırılması və ödənişlərin yığılmasının təmin edilməsi;
  • Sifarişlərin sistemə daxil edilməsi və çatdırılma prosesinə nəzarət edilməsi;
  • Dövri hesabatların hazırlanması və struktur rəhbərinə təqdim edilməsi;
  • Verilən tapşırıqların vaxtında və keyfiyyətli icrasının təmin edilməsi;
  • Servis problemlərinin operativ həllinə nəzarət edilməsi;
  • Qiymət siyahılarının hazırlanması və yenilənməsi.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatları: 09:00 – 18:00.

Tələblər

  • Ali təhsil (üstünlük təşkil edir);
  • Topdan satış sahəsində minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan dilini səlis bilmə, rus dili biliyi üstünlük, ingilis dili biliyi arzuolunandır;
  • MS Office proqramları ilə işləmə bacarığı;
  • Analitik düşünmə və effektiv qərarvermə bacarığı;
  • Müştəriyönümlü yanaşma və güclü kommunikasiya bacarıqları.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily92
  • Weekly366
  • Monthly750