Kontakt Home Kontakt Home
  • 880

Korporativ və topdan satış üzrə mütəxəssis (Tenderlər üzrə)

Korporativ və topdan satış üzrə mütəxəssis (Tenderlər üzrə)

  • Deadline 10 İyul 2024

Vəzifə öhdəlikləri:

  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Elan üzrə ilkin araşdırmanın aparılması və rəhbərliyin məlumatlandırılması;
  • Tenderin əsas şərtlər toplusunun nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi və bunun nəticəsi olaraq baxılan tenderdə şirkətin iştirak imkanları haqqında ilkin analizin nəticələri haqqında rəhbərliyin məlumatlandırılması;
  • Tender sənədlərinin əldə olunması üçün müvafiq işlərin görülməsi;
  • Tender prosesi ilə bağlı yazışmaların və danışıqların aparılması;
  • İştirakçılara qoyulmuş tələblər nəzərə alınmaqla müvafiq sənədlərin hazırlanması və tələb olunan müddət ərzində sifarişçiyə göndərilməsi;
  • Müqavilələr üzrə danışıqların aparılması və müvafiq şöbələrlə birgə müqavilələrin hazırlanması;
  • Tender prosesinin icra edilməsi və onun nəzarətdə saxlanılması;
  • Tender proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatların hazırlanması.

Tələblər:

  • Ali təhsil;
  • Azərbaycan dili səlis, rus dili arzu olunandır;
  • Topdan satış sahəsində ən az 1 il təcrübə;
  • Micro və Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
  • İnsanlarlarla ünsiyyət qurmaq bacarığı;
  • Məsuliyyətlilik və stressə davamlılıq.

İş şəraiti:

  • İş saatı: 09:00 - 18:00:
  • Əməkhaqqı: 1000azn + bonus.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Günlük0
  • Həftəlik289
  • Aylıq2019