Kontakt Home Kontakt Home
  • 296

Kreativ və yazılı kommunikasiyalar şöbəsinin rəhbəri

Kreativ və yazılı kommunikasiyalar şöbəsinin rəhbəri

  • Deadline 15 Fevral 2026

Təsvir

  • Şirkətin əsas brendi, sab-brendləri və məhsul xətləri üzrə yaradıcı viziona sahib olmaq: hər birinin necə göründüyünü, necə danışdığını və auditoriyada hansı emosiyanı yaratdığını müəyyən etmək. Bütün kreativ çıxışların – ideya, vizual, mətn və video kontentin – vahid strateji çərçivə daxilində, lakin brendlərin fərdi kimliyini qoruyaraq formalaşdırılmasını təmin etmək və bu xəttin qoruyucusu olmaq. Bu rol şirkət brendlərinin necə danışdığına, necə göründüyünə və necə yadda qaldığına cavabdehdir.

Kreativ vizion və liderlik:

  • Brendin ümumi kreativ istiqamətinin və estetik xəttinin müəyyən edilməsi;
  • Kampaniyalar və xüsusi layihələr üçün əsas ideyanın (big idea) formalaşdırılması;
  • Brendin emosional tonu, vizual dili və storytelling yanaşmasının sahiblənilməsi;
  • Kreativ qərarlarda son sözün sahibi olmaq, brend və biznes strategiyasına uyğunluğun təmin edilməsi

Art & Visual Direction:

  • Bütün vizual materialların bədii və konseptual uyğunluğuna kuratorluq edilməsi;
  • Art direktorun və dizaynerlərin işinə istiqamət vermək, keyfiyyət çərçivəsini müəyyən edilməsi;
  • Vizual standartların, keyfiyyət benchmark-larının və estetik kriteriyaların formalaşdırılması;
  • “Yaxşıdır” ilə “brend üçün doğrudur və praktik olaraq işləyir” arasındakı fərqin müəyyən edilməsi

Video və kontentə rəhbərlik:

  • Video kontentin ideya mərhələsindən son icrasınadək yaradıcı nəzarətin həyata keçirilməsi;
  • Çəkilişlərin ümumi vizual və emosional təsirinə yön verilməsi;
  • Social-first və video-first kontent yanaşmasının formalaşdırılması;
  • Xarici agentliklər, çəkiliş komandaları və rejissorlarla kreativ səviyyədə işin qurulması və kurasiyası

Kreativ və yazılı kommunikasiyalar komandasının kurasiyası:

  • Komandanın gündəlik icrasını deyil, istiqamətinin və keyfiyyətinin idarə edilməsi;
  • Komandanın yaradıcı inkişafı, düşüncə səviyyəsinin yüksəldilməsi və estetik zövqünün formalaşdırılması;
  • İdeya sessiyaları və konsept review-lərin aparılması

Brend uyğunluğu və təsdiq:

  • Bütün kreativ çıxışların brend kimliyinə və ümumi biznes strategiyasının uyğunluğuna yekun təsdiq verilməsi;
  • Tone of voice, vizual dil və kontent üslubunun qorunması;
  • Strateji kontentlər üçün kreativ təsdiq mexanizminin sahibi olması

İş şəraiti

  • İş qrafiki: I-V günlər
  • Əmək haqqı: 4000-5000 AZN Gross + Rəqabətə uyğun mükafat sistemi

Tələblər

  • Ali təhsil
  • İdeyaların omnikanal adaptasiyası (ATL, BTL,Digital, PR, CRM);
  • İş təcrübəsi 5 ildən artıq;
  • Aİ -əsaslı kreativ alətlərlə işləmə bacarığı;
  • Komanda ilə işləmə bacarığı;
  • Briefing and de-briefing bacarığı;
  • Brend tonunun idarə edilməsi;
  • Brend ideyasına və tonuna sahiblik;
  • Kreativ ideya generasiya etmə bacarığı;
  • Güclü konseptual düşüncə;
  • Layihə və proses idarəetməsi;
  • Proses düşüncəsi;
  • Kritik düşüncə və problem həlli;
  • İdeyaların biznes dili ilə əsaslandırılması;
  • Təqdimat bacarığı;
  •  Strateji planlama və innovasiya bacarığı.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly493
  • Monthly1280