Təsvir
- Şirkət daxilində yeni layihələrin planlaşdırılması və icrasında iştirak edilməsi;
- Layihə planlarının hazırlaması, resursların idarə edilməsi və müddətlərin yerinə yetirilməsinin təmin edilməsi;
- Layihənin icrası zamanı qarşıya çıxan problemlərin həlli və müvafiq hesabatların rəhbərliyə təqdim edilməsi;
- Kredit və maliyyə əməliyyatları ilə bağlı gündəlik, aylıq, illik hesabatların hazırlanması;
- Kredit müqavilələrinin hazırlanmasında iştirak edilməsi və sənədlərin düzgünlüyünün yoxlanması;
- Layihələrin maliyyə göstəricilərinin izlənməsi;
- BOKT və requlyativ qaydalara və prosedurlara riayət edilməsi;
- Kredit risklərinin təhlili və müvafiq tədbirlərin görülməsi;
- Mərkəzi Bankın və aidiyyəti qurumların normativ aktlarının və tələblərinin tətbiq edilməsi;
- Daxili qaydaların, prosedurların və biznes proseslərinin Mərkəzi Bankın və aidiyyəti qurumların normativ aktlarına və tələblərinə uyğunluğunun təmin edilməsi.
Tələblər
- Ali təhsil (Maliyyə, İqtisadiyyat üzrə);
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi, idarəetmə sahəsində iş təcrübəsi arzuolunandır;
- Bank və BOKT sektorunun qanunvericiliyi, daxili qaydaları və prosedurları haqqında biliklər;
- Prosesləri təşkil etmək, layihələri planlaşdırmaq və həyata keçirmək bacarığı, (Bank/BOKT layihələrinin idarə olunması təcrübəsi üstünlükdür);
- Səlis azərbaycan dili, rus və ingilis dili biliyi üstünlükdür;
- MS Office proqramlarını (xüsusilə Excel) sərbəst istifadə etmək bacarığı;
- Kredit risklərini qiymətləndirmək, müştərinin ödəmə qabiliyyətini təhlil etmə bacarığı, kredit risklərinə dair requlyativ tələbləri üzrə məlumatlılıq;
- İşində dəqiqlik, məsuliyyətlilik, vaxtında icra və nəticəyə yönəlmiş yanaşma;
- Yüksək ünsiyyət qurma və komanda ilə işləmə bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
Qeyd olunan tələblərə uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.