Məlumat bazası üzrə mütəxəssis

  • Deadline 16 Yanvar 2025

Vəzifə öhdəlikləri:

  • Şirkətin xidmət və məhsulları ilə bağlı FAQ bazasının hazırlanması, yenilənməsi və idarə edilməsi;
  • FAQ daxilindəki məlumatların müvafiq proqram təminatına (software) köçürülməsi;
  • Məlumatların aktuallığını təmin etmək və müntəzəm olaraq yoxlamaların aparılması;
  • Müştəri suallarının və geribildirişlərinin analizinə əsasən FAQ bazasının mütəmadi olaraq təkmilləşdirilməsi, müvafiq hesabatlar hazırlanması;
  • Şirkətin daxili qayda və prosedurlarının izlənməsi və yenilənən məlumatların baza daxilində vaxtında tətbiq edilməsi;
  • Dəyişikliklər barədə əlaqədar şöbələrin məlumatlandırılması;
  • Məlumat bazasının və FAQ məlumatlarının təhlükəsizliyinin təmin edilməsi;
  • Yenilənən məlumatlarla bağlı mütəmadi olaraq əməkdaşlar üçün proqram təminatı daxilində quiz-lərin hazırlanması;
  • FAQ məlumat bazası ilə bağlı problemlərin araşdırılması və həll yolları təklif edilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Səlis Azərbaycan və Rus dili biliyi;
  • Müştəri xidmətləri sahəsi üzrə minimum 6 ay iş təcrübəsi;
  • Microsoft Office proqramları ilə işləmə bacarığı;
  • 1C, MicroERP ilə işləyə bilməsi arzu olunandır;
  • Komanda ilə işləmə bacarığı.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly287
  • Monthly1931