Monetizasiya üzrə mütəxəssis

  • Deadline 3 İyul 2026

Təsvir

  • Brendzonaların yerləşdirilməsi və istehsalı;
  • Brendzona layihələrinin dizaynı, istehsalı və quraşdırılması, proseslərin planlaşdırılması və icrasına nəzarət edilməsi;
  • Müvafiq materialların və təhcizatçıların müəyyən edilməsi, həmçinin təchizat proseslərinin koordinasiyası;
  • Brend standartlarına uyğun olaraq brendzonaların dizayn və keyfiyyətinə nəzarət edilməsi;
  • Brendzonaların yerləşdirilməsi üçün partnyorlardan ödənişlərin alınması;
  • Brendzona yerləşdirilməsi ilə bağlı tərəfdaşlarla ilkin razılaşmaların əldə olunması və müqavilələrin hazırlanması;
  • Ödəniş şərtlərinin tərəfdaşlara düzgün izah edilməsi və ödənişlərin vaxtında daxil olmasına nəzarət edilməsi;
  • Maliyyə şöbəsi ilə əməkdaşlıq edərək hesab-fakturaların hazırlanması və göndərilməsi;
  • Brendzonaların təmiri və texniki dəstəyi;
  • Mövcud brendzonaların dövri baxışlarının təşkili və texniki problemlərin müəyyən olunması;
  • Təmir işləri ilə bağlı texniki komandalarla əlaqələndirmə və təmir prosesinə nəzarət edilməsi;
  • Partnyorlarla kommunikasiyanın qurulması;
  • Mövcud və potensial partnyorlarla mütəmadi əlaqələrin saxlanılması;
  • Brendzonaların yerləşdirilməsi, yenilənməsi və dəstəyi ilə bağlı partnyor sorğularının cavablandırılması. 

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

Tələblər

  • Ali təhsil (Marketinq, Menecment, Biznesin idarə olunması və ya əlaqəli sahələr üzrə);
  • Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi;
  • Azərbaycan, ingilis və rus dillərində sərbəst ünsiyyət bacarığı;
  • Layihələrin planlaşdırılması və icrasına nəzarət sahəsində təcrübə;
  • Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
  • Büdcənin idarə olunması və maliyyə hesabatlarının hazırlanması üzrə biliklər;
  • Hesabatların hazırlanması və nəticələrin təhlili bacarığı;
  • Tərəfdaşlarla effektiv əməkdaşlıq və kommunikasiya bacarığı;
  • Dəqiqlik və detallara fikir vermək qabiliyyəti.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily109
  • Weekly567
  • Monthly567