Təsvir
- Brendzonaların yerləşdirilməsi və istehsalı;
- Brendzona layihələrinin dizaynı, istehsalı və quraşdırılması, proseslərin planlaşdırılması və icrasına nəzarət edilməsi;
- Müvafiq materialların və təhcizatçıların müəyyən edilməsi, həmçinin təchizat proseslərinin koordinasiyası;
- Brend standartlarına uyğun olaraq brendzonaların dizayn və keyfiyyətinə nəzarət edilməsi;
- Brendzonaların yerləşdirilməsi üçün partnyorlardan ödənişlərin alınması;
- Brendzona yerləşdirilməsi ilə bağlı tərəfdaşlarla ilkin razılaşmaların əldə olunması və müqavilələrin hazırlanması;
- Ödəniş şərtlərinin tərəfdaşlara düzgün izah edilməsi və ödənişlərin vaxtında daxil olmasına nəzarət edilməsi;
- Maliyyə şöbəsi ilə əməkdaşlıq edərək hesab-fakturaların hazırlanması və göndərilməsi;
- Brendzonaların təmiri və texniki dəstəyi;
- Mövcud brendzonaların dövri baxışlarının təşkili və texniki problemlərin müəyyən olunması;
- Təmir işləri ilə bağlı texniki komandalarla əlaqələndirmə və təmir prosesinə nəzarət edilməsi;
- Partnyorlarla kommunikasiyanın qurulması;
- Mövcud və potensial partnyorlarla mütəmadi əlaqələrin saxlanılması;
- Brendzonaların yerləşdirilməsi, yenilənməsi və dəstəyi ilə bağlı partnyor sorğularının cavablandırılması.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Tələblər
- Ali təhsil (Marketinq, Menecment, Biznesin idarə olunması və ya əlaqəli sahələr üzrə);
- Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi;
- Azərbaycan, ingilis və rus dillərində sərbəst ünsiyyət bacarığı;
- Layihələrin planlaşdırılması və icrasına nəzarət sahəsində təcrübə;
- Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
- Büdcənin idarə olunması və maliyyə hesabatlarının hazırlanması üzrə biliklər;
- Hesabatların hazırlanması və nəticələrin təhlili bacarığı;
- Tərəfdaşlarla effektiv əməkdaşlıq və kommunikasiya bacarığı;
- Dəqiqlik və detallara fikir vermək qabiliyyəti.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.