Təsvir
- Saytın canlı çatı (livechat) vasitəsilə daxil olan sifariş və sorğuların cavablandırılması;
- Yazışma zamanı müştərinin ehtiyaclarının düzgün müəyyənləşdirilməsi və uyğun məhsulun və xidmətin tövsiyə olunması;
- Müştəri məmnuniyyətinin yazılı ünsiyyətlə təmin edilməsi və nəzakətli, operativ cavablandırma ilə etibarlı ünsiyyətin qurulması;
- Rəhbərlik tərəfindən müəyyən edilmiş satış hədəflərinə və çat xidmət keyfiyyəti göstəricilərinə çatmaq;
- İlkin hissəvi satış şərtləri, kampaniyalar və endirimlər barədə müştərilərin düzgün məlumatlandırılması.
Tələblər
- Azərbaycan dilində qrammatik və leksik baxımdan səlis yazı bacarığı (rus dili biliyi üstünlükdür);
- Rəqəmsal texnika məhsullarının satışında minimum 6 ay iş təcrübəsi ;
- Effektiv yazılı ünsiyyət bacarığı, müştəri ehtiyaclarını düzgün anlama və uyğun təkliflər təqdim etmə qabiliyyəti;
- Sürətli və dəqiq yazışma aparmaq, eyni anda çoxsaylı sorğunu idarə edə bilmək bacarığı;
- Kompüter və ofis proqramları (MS Office, Google Sheets və s.) ilə sərbəst işləmə bacarığı;
- Komanda ilə əməkdaşlıq etmək və onlayn satış hədəflərinə fokuslanmaq qabiliyyəti.
İş şəraiti:
- İş grafiki: Növbəli;
- İş Yeri: Hibrid.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.