Təsvir
- Platformada yerləşdirilən kontentin (filmlər, televiziya kanalları və kolleksiyalar) idarə edilməsi və mütəmadi yenilənməsi;
- Kontentə aid metadata, metkalar, kateqoriyalar və kontent kartlarının yaradılması və redaktə olunması;
- Platformada bannerlərin, posterlərin, promo materialların və digər vizual elementlərin əlavə edilməsi və yenilənməsi;
- Kontentin və vizual elementlərin müxtəlif platformalarda düzgün əks olunmasına nəzarət edilməsi;
- Texniki tapşırıqların qəbulu, aidiyyəti üzrə yönləndirilməsi və icrasına nəzarət edilməsi;
- Platformanın inkişafı, kontentin təkmilləşdirilməsi və istifadəçi təcrübəsinin yaxşılaşdırılması ilə bağlı təkliflərin hazırlanması.
Tələblər
- Ali təhsil arzuolunandır;
- Minimum 2 il iş təcrübəsi;
- Səlis azərbaycan və rus dili biliyi;
- MS Office proqramlarında sərbəst işləmə bacarığı;
- Komandada işləmək bacarığı;
- Yaranmış problemləri həll etmə bacarığı;
- Qəbul edilmiş qərarlara cavabdehlik daşımaq bacarığı;
Qeyd: İş müvəqqətidir, 6-12 aylıq nəzərdə tutulub.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.