Təsvir
- Biznes tapşırıqlarına uyğun datanın analiz olunması;
- Yeni modellərin qurulması və tətbiq edilməsi;
- Məlumat bazalarından əldə edilən datanın davamlı əsaslara təmizlənməsi, strukturlaşdırılması və vizuallaşdırılaraq, mütəmadi hesabatların təqdim edilməsi;
- Müəssisənin əməliyyatlar istiqaməti ilə bağlı bütün aidiyyəti üzrə struktur bölmələrdən həftəlik, aylıq, rüblük, yarım illik və illik əməliyyat hesabatlığı sistemlərinin planlanması, qurulması, inteqrasiya olunması;
- Rutin hesabatların və yeni hesabatların avtomatlaşdırılması və PowerBI aləti ilə vizuallaşdırılması;
- Riyazi və statistik üsullardan istifadə edərək bütün növ əməliyyatlar üzrə məlumatların təhlil olunması;
- Tərəflər üçün müxtəlif növ hesabatların hazırlanması.
Tələblər
- Yüksək səviyyədə Microsoft Office, Excel, Power BI, Power Query, Power Pivot bacarığı;
- SQL (MSSQL, T-SQL) dilini bilmək (analitik funksiyalarla işləmə bacarığı);
- Azərbaycan dili səlis, İngilis dili (min. texniki səviyyədə);
- Əlaqəli Databaza İdarəetmə Sistemlərində datanın manipulyasiyası bacarığı (SQL);
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Power platforma ilə işləmə bacarığı (Power Apps, Power Automate və.s).
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.