Kontakt Home Kontakt Home
  • 539

Rəqəmsal marketinq üzrə aparıcı mütəxəssis

  • Deadline 3 Mart 2025

Vəzifə öhdəlikləri:

  • Marketinq kommunikasiyaları üzrə bazar araşdırması aparması və təhlil edilməsi;
  • Rəqəmsal marketinq kommunikasiyaları strategiyasının formalaşdırılması;
  • Ətraflı rəqəmsal marketinq planlarının hazırlanması və müxtəlif brend və məhsul kampaniyalarının həyata keçirilməsi;
  • Reklam kampaniyalarının effektivliyinin qiymətləndirilməsi, hesabatların hazırlanması və hərtərəfli analitik sistemlərdən istifadə edilməsi;
  • Rəqəmsal Marketinq şöbəsinin funksional büdcəsinin hazırlanması və idarə edilməsi;
  • Kampaniyların təsdiq edilmiş büdcə daxilində olmasına nəzarət edilməsi;
  • Yeni kommunikasiya kanallarının, rəqəmsal alətlərin araşdırılması və inteqrasiyası;
  • Əməkdaşlıq üçün reklam şirkətlərinin və qiymətlərinin araşdırılması;
  • Marketinq istiqamətində aparılan işlər üzrə hesabatlıq və təqdimatın hazırlanması.

Tələblər:

  • Ali təhsil: marketinq və ya əlaqəli sahədə olması üstünlükdür;
  • Rəqəmsal marketinq sahəsində ən azı 3-4 il iş təcrübəsi;
  • Səlis Azərbaycan və Rus dili biliyi; İngilis dili biliyi üstünlükdür;
  • Mobil tətbiq marketinqində user acquisition, engagement və retention strategiyaları sahəsində təcrübə;
  • MS Office, Kompüter və marketinq proqramları üzrə qabaqcıl biliklər;
  • Qlobalda reklam təcrübəsinin olması üstünlükdür;
  • Reklam kampaniyalarına rəhbərlik və idarəetmə bacarıqları;
  • Google Analytics, Google Ads, Tag Manager, Meta Ads, Tiktok ads, SEO alətləri, Yandex Metrica/Direct, Search Concole və s.;
  • ROMI, ROI, ROAS göstəriciləri ilə işləmə bacarığı;
  • Reklamlarda A/B testlərini həyata keçirmək və performans göstəricilərini davamlı olaraq təkmilləşdirmək;
  • Komanda ilə işləmə bacarığı;
  • Yaradıcı və yenilikçi düşünmə bacarığı;
  • Analiz etmə və problemləri həll etmə bacarığı.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly168
  • Monthly783