Satınalma üzrə aparıcı mütəxəssis

  • Истекает 2 апрель 2026

Təsvir:

  • Satınalma prosesinin ən əlverişli şərtlərlə həyata keçirilməsinin təmin edilməsi;
  • Etibarlı satıcı və təchizatçı bazasının formalaşdırılması;
  • Yüksək keyfiyyətli məhsulların ən uyğun qiymətlə əldə olunması məqsədilə şirkətdaxili bütün struktur bölmələri ilə sıx əməkdaşlığın qurulması;
  • Xarici iqtisadi əlaqələrin qurulması və tərəfdaşların cəlb olunması istiqamətində rəsmi danışıqların aparılması;
  • Bazar üçün əhəmiyyət kəsb edən malların xarici ölkələrdəki istehsalçılarının araşdırılması və təhlili;
  • Satınalma zamanı yarana biləcək risklərin əvvəlcədən qiymətləndirilməsi;
  • Satınalma üzrə hesabatların hazırlanması və təhlil edilməsi.

İş şəraiti:

  • İş günləri: I–V günlər;
  • İş saatı: 09:00–18:00;
  • Əmək haqqı: 2800 AZN (gross).

Tələblər:

  • Ali təhsil;
  • Azərbaycan, ingilis və rus dillərini səlis səviyyədə bilmə (yazılı və şifahi);
  • CIPS sertifikatı (üstünlükdür / tələb olunur);
  • Microsoft Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı (Word, Excel, Outlook);
  • Müvafiq sahə üzrə minimum 3–5 il iş təcrübəsi;
  • Komanda ilə işləmə bacarığı;
  • Stressi idarəetmə bacarığı;
  • Məsuliyyətlilik;
  • Diqqətlilik;
  • Analitik və hesabat yönümlü düşüncə tərzi.

Vakansiya haqqında:

  • Vakansiya növü Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily38
  • Weekly175
  • Monthly178