Təsvir
- Mağazada masa, stend kimi nümayiş sahəsinin qurulması və səliqəli saxlanması;
- Mağazaya daxil olan müştərilərin tələbatının aşkarlanması və tələbata uyğun olaraq müştəriyə düzgün məhsul seçimi etməkdə köməkliyin göstərilməsi;
- Qiymət kağızlarında qeyd olunan məlumatların doğruluğunun təmin edilməsi;
- Satış və anbar qalığına nəzarət edilməsi;
- Zəruri hallarda məhsul və ya xidmət barədə məlumatı paylaşmaq üçün videolar və slayd şouları kimi interaktiv materiallardan istifadə edilməsi;
- Müştərilərin maraq səviyyələrini, verilən sualları, satılan və müxtəlif tədbirlərdə paylanan məhsulların sayını əks etdirən hesabatların hazırlanması;
- Məhsul və ya xidmət xüsusiyyətlərindən xəbərdar olması.
Tələblər
- Orta təhsil, Ali təhsil arzu olunandır;
- Səlis Azərbaycan və Rus dili biliyi;
- Promoter olaraq iş təcrübəsi;
- Aktivlik, çeviklik, ünsiyyətçillik və məsuliyyətlilik;
- Satış etmə bacarığı.
İş şəraiti:
- İş günləri: 6 iş günü,1 gün istirahət.
- Rəqabət qabiliyyətli əmək haqqı.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.