Satışların təhlili üzrə baş mütəxəssis

  • Deadline 28 Dekabr 2024

Vəzifə öhdəlikləri:

  • Satışlarla bağlı məlumatların toplanması (satış rəqəmləri, müştəri davranışı, regionlar üzrə satış məlumatları və s.) və bu məlumatların analiz edilməsi;
  • Satışın təhlili və hesabatlarının hazırlanması;
  • Aylıq, rüblük, illik satış planlarının tərtib edilməsi;
  • Satışlarda mövsümi dalğalanmaların izlənməsi və satışı yüksək olan məhsulların aşkar olunması;
  • Keçmiş məlumatları analiz edərək gələcək satışların proqnozlaşdırılması;
  • Satış planlarının yerinə yetirilməsində monitorinqlərin aparılması;
  • Potensial satış risklərinin təhlil edilməsi və onların qarşısını almaq üçün tədbirlərin planlaşdırılması;
  • Müxtəlif kateqoriyalı məhsullar üçün istehlakçı tələbinin proqnozlaşdırılması, orta çek məbləğinin ölçülməsi;
  • Konversiya qiymətləndirilməsi, satışda artımın təmin edilməsini göstərən ən effektiv ünsiyyət kanallarının müəyyən edilməsi;
  • Bazar analizləri, satış məlumatları və trendləri təhlil edərək, ən uyğun strategiyaların təklif edilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Səlis Azərbaycan dili bilir, Rus dili biliyi arzu olunandır;
  • Satışın təhlili sahəndə minimum 4-5 il iş təcrübəsi;
  • Yüksək səviyyədə Excel biliyi, Power BI, və Power Query proqramlarından istifadə bacarığı;
  • Müxtəlif statistik metodlar və modellərdən istifadə edərək proqnozlaşdırma təhlilləri aparmaq bacarığı;
  • Şirkətin satış strategiyasını inkişaf etdirmək və optimallaşdırmaq üçün güclü strateji düşüncə qabiliyyəti;
  • Komanda ilə işləmə və effektiv ünsiyyət qurma bacarığı.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly178
  • Monthly1831