Təsvir
- Qlobal trendlərin monitorinqi: Süni intellekt sahəsindəki ən son yenilikləri, yeni çıxan modelləri, alətləri (SaaS) və avtomatlaşdırma texnologiyalarını gündəlik izləmək;
- Biznes tələblərinin analizi;
- Həllərin araşdırılması və təklifi: Aşkar edilmiş problemlərə uyğun ən effektiv AI alətlərini və ya iş axınlarını (workflows) araşdırıb komandaya təklif etmək;
- AI arxitekturasının layihələndirilməsi: Biznes tələblərinə uyğun olaraq süni intellekt həllərinin (chatbot, RAG, avtomatlaşdırma) məntiqi strukturunu və texniki arxitekturasını qurmaq;
- LLM və RAG sistemlərinin inkişafı: Böyük dil modellərinin (LLM) şirkət məlumatları ilə effektiv işləməsi üçün vektor axtarış sistemlərini və məlumat bazalarını inteqrasiya etmək;
- Alqoritm və biznes məntiqinin proqramlaşdırılması;
- Sistem inteqrasiyası (API);
- Ağıllı agentlər və avtomatlaşdırma;
- Məlumatların emalı (data processing);
- Sistemlərin tətbiqi (deployment): Hazır AI həllərinin test mühitindən real iş mühitinə (production) keçirilməsi, server və bulud resurslarının idarə olunması.
Tələblər
- Ali təhsil arzuolunandır;
- İngilis dilində texniki materiallarla işləmə bacarığı (araşdırma məqsədli);
- Model növləri barədə baza biliklər (məs.: LLM, video AI, image AI, multimodal modellər, agent sistemləri);
- Prompt mühəndisliyi (müxtəlif tapşırıqlar üçün effektiv prompt yazma bacarığı);
- Araşdırma və müqayisə etmə bacarığı (AI alətlərinin test edilməsi, nəticələrin ölçülməsi, müqayisə cədvəllərinin hazırlanması);
- Avtomatlaşdırma ekosistemlərindən baza bilikləri arzuolunandır (n8n, Make, Zapier ilə iş axınlarının qurulmasına maraq);
- Eksperiment aparmaq bacarığı (prototip hazırlanması, test nəticələrinin sənədləşdirilməsi);
- Video, foto və vizual content yaratmağa həvəsli;
- Vizual AI anlayışı (Midjourney, DALL·E, Leonardo, Runway, Pika kimi alətlər üzrə baza biliklər);
- Hesabat və təqdimat etmə bacarığı (qısa analitik icmal, nəticə və tövsiyə sənədlərinin hazırlanması);
- AI yeniliklərinin izlənməsi (model buraxılışları, benchmarklar, changeloglar, roadmap oxuma bacarığı);
- Yaradıcı düşüncə və eksperiment ruhu;
- Yeni texnologiyaları öyrənməyə yüksək motivasiya;
- Komanda ilə effektiv əməkdaşlıq və kommunikasiya;
- Vaxt idarəçiliyi və paralel tapşırıqlarla işləmə bacarığı.
Müraciət zamanı aşağıdakılardan ən azı birinin göndərilməsi vacibdir:
- Vizual kontent nümunələri;
- İş axını / avtomatlaşdırma nümunəsi (Make, n8n, Zapier);
- AI-la bağlı gördüyün hər hansı bir işin nümunəsi link formasında portfolio (pdf, video və.s).
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.