Təsvir
- Backend inkişaf: Python (FastAPI və ya Django) və ya Node.js əsasında server tərəfli xidmətlərin qurulması, REST API-lərin yazılması və mövcud sistemlərə inteqrasiyası;
- Frontend inkişaf: React və ya Next.js istifadə edərək istifadəçi interfeyslərinin qurulması və backend xidmətləri ilə əlaqələndirilməsi;
- AI inteqrasiyası: OpenAI və Azure OpenAI API-ləri ilə işləmək, mövcud biznes proseslərinə LLM əsaslı komponentlərin əlavə edilməsi;
- Verilənlər bazası ilə iş: SQL və NoSQL verilənlər bazalarının dizaynı, idarə olunması və optimallaşdırılması;
- Avtomatlaşdırma: n8n və ya oxşar platformalar üzərində iş axınlarının qurulması, təkrarlanan işlər üçün Python əsaslı avtomatlaşdırmalar və scheduled job-lar hazırlanması;
- AI alətləri ilə inkişaf: Antigravity, Cursor, Claude Code kimi AI əsaslı inkişaf alətlərindən istifadə edərək kod keyfiyyətinin və inkişaf sürətinin artırılması;
- Cloud deployment: Hazırlanan həllərin Azure mühitində yerləşdirilməsi və production-a çıxarılması, servislərin işlək saxlanması.
Tələblər
- Ali təhsil arzuolunandır;
- Python (OOP, async yanaşma, təmiz kod prinsipləri) və ya Node.js ilə real layihə təcrübəsi;
- React və ya Next.js ilə frontend inkişaf təcrübəsi;
- SQL və NoSQL verilənlər bazaları ilə iş təcrübəsi üstünlükdür;
- REST API qurma və mövcud sistemlərə inteqrasiya bacarığı;
- OpenAI və ya Azure OpenAI API-ləri ilə real layihə təcrübəsi;
- n8n və ya oxşar avtomatlaşdırma platformaları ilə iş təcrübəsi üstünlükdür;
- AI əsaslı inkişaf alətlərindən (Antigravity, Cursor, Claude Code) istifadə bacarığı;
- Azure biliyi: Azure Cloud servisləri (Blob Storage, Functions, App Service kimi) ilə iş təcrübəsi üstünlükdür;
- RAG sistemləri ilə iş təcrübəsi üstünlükdür;
- Proseslərin avtomatlaşdırılması və ERP prosesləri anlayışı üstünlükdür;
- DevOps və MLOps bilikləri üstünlükdür;
- İngilis dili: Texniki sənədləri (Documentation) oxuyub tətbiq edə biləcək səviyyədə;
- Task-based iş rejiminə uyğunlaşma, sürətli çatdırma qabiliyyəti, müstəqil işləmə bacarığı və aydın texniki sənədləşdirmə təcrübəsi.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.