Kontakt Home Kontakt Home
  • 449

Təlim və inkişaf üzrə menecer

  • Deadline 27 Yanvar 2025

Vəzifə öhdəlikləri:

  • Müştərilərlə zəng və çat vasitəsi ilə effektiv və sağlam ünsiyyət üsullarının həyata keçirilməsinə dair əməkdaşlar üçün təlim proqramlarının hazırlanması;
  • Müştəriyə yüksək xidmət standartlarının təmin edilməsi məqsədilə məsafədən satış və xidmət göstərən heyətin təlimləndirilməsi;
  • Ehtiyaclara əsasən fərdi inkişaf planlarının formalaşdırılması və ilboyu planların icrasının təmin edilməsi;
  • Məsafədən xidmət xüsusiyyətləri, müştəri ilə ünsiyyət strategiyaları və etirazların idarə edilməsi haqqında təlimlərin keçirilməsi;
  • Aktiv dinləmə bacarıqlarının öyrədilməsi və fərdi şəkildə əməkdaşlara mentorluq edilməsi;
  • İntensiv təlim sessiyaları və parktiki simulyasiya vasitəsi ilə əməkdaşların bacarıqlarının artırılması;
  • Təlim üçün tədris materiallarının və təqdimatların hazırlanması;
  • Beynalxalq təlim materiallarının araşdırılması və tətbiq edilməsi;
  • Təlim sonrası əməkdaşların performansının izlənilməsi və onların inkişafına dair rəy verilməsi;
  • Təlim nəticələri, müəyyən edilmiş problemlər və tövsiyələr haqqında hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması. 

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Səlis azərbaycan və rus dili biliyi, ingilis dili biliyi arzuolunandır;
  • ERP, 1C və 3CX proqramları ilə işləmə bacarığı arzuolunandır;
  • Müştəri məmnuniyyəti sahəsində sertifikatların olması üstünlükdür;
  • Sərbəst ünsiyyət, aydın nitq və yüksək səviyyədə təlim vermə bacarığı;
  • Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı;
  • Komanda ilə işləmə bacarığı.

İş şəraiti:

  • İş günləri: I-V günlər.
  • İş saatı: 09:00-18:00.
  • Rəqabət qabiliyyətli əmək haqqı

 

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily50
  • Weekly458
  • Monthly2085