Təsvir
- Veb tətbiqlərin funksional, reqressiya, inteqrasiya və UI/UX testlərinin aparılması;
- Veb səhifələrin müxtəlif brauzerlərdə və cihazlarda düzgün işləməsinin yoxlanılması (cross-browser və responsive testing);
- Xətaların (bug-ların) aşkar edilməsi, sənədləşdirilməsi və bug-tracking sistemində (Jira və s.) idarə olunması;
- Test-case, check-list və bug-reportların hazırlanması və mütəmadi yenilənməsi;
- Ödəniş, çatdırılma, ERP və CRM inteqrasiyalarının düzgün işləməsinə nəzarət edilməsi;
- Buraxılış (release) öncəsi stabilik testlərinin aparılması və keyfiyyətin təsdiq edilməsi;
- Test nəticələri üzrə hesabatların hazırlanması və keyfiyyət proseslərinin təkmilləşdirilməsində iştirak;
- Texniki komanda ilə (developer, PO, analitik) effektiv kommunikasiya və tələblərin dəqiqləşdirilməsi.
Tələblər
- Veb layihələrdə QA üzrə minimum 1 il iş təcrübəsi;
- Test metodologiyaları və proqram təminatı həyat dövrü haqqında baza bilikləri;
- DevTools ilə işləmə bacarığı (console, network, performance);
- Bug-tracking sistemlərindən istifadə (Jira, Trello və s.);
- HTTP, cookies, sessions kimi klient-server prinsipləri üzrə anlayış;
- Postman və Swagger ilə API testləri aparmaq bacarığı;
- HTML və CSS strukturu barədə baza bilikləri;
- Bug-reportları dəqiq və aydın şəkildə yazmaq bacarığı;
- Azərbaycan və rus dillərində sərbəst danışıq;
- İngilis dili — texniki sənədləri oxuma səviyyəsində.
Üstünlük sayılacaq
- SQL üzrə baza bilikləri;
- Git üzərində çalışma təcrübəsi;
- Selenium, Cypress və s. ilə avtomatlaşdırma üzrə anlayış və ya təcrübə.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.