Köz Künefe MMC Köz Künefe MMC
  • 232

Aparıcı Mühasib (LOGO Tiger 3 üzrə mütəxəssis)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aparıcı Mühasib (LOGO Tiger 3 üzrə mütəxəssis)

  • Deadline 5 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Şirkətin gündəlik və aylıq gəlir və xərc əməliyyatlarının düzgün uçota alınmasına nəzarət etmək;
  • Debitor və kreditor borcları üzrə əməliyyatları izləmək və vaxtında uyğunlaşdırılmasını təmin etmək;
  • Bank, kassa və POS-terminal əməliyyatlarını uçota almaq və maliyyə çıxarışları ilə düzgün uzlaşdırma aparmaq;
  • Maliyyə göstəricilərində yaranan kənarlaşmaları vaxtında təhlil etmək və müvafiq şöbələrlə birgə aradan qaldırmaq;
  • Bütün əməliyyatların mühasibat uçotu hesablarında və registrlərdə düzgün əks etdirilməsinə nəzarət etmək;
  • Mühasibatlıq əməkdaşlarının gündəlik iş fəaliyyətinə nəzarət etmək;
  • Mənfəət və Zərər (P&L), Balans və Pul vəsaitlərinin hərəkəti hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Rəhbərlik tərəfindən verilən gündəlik, həftəlik və aylıq tapşırıqların vaxtında və düzgün icrasını təmin etmək;
  • LOGO Tiger 3 proqramında əməliyyatların tam və düzgün aparılmasına nəzarət etmək;
  • LOGO Tiger 3 sistemində istifadəçi, səlahiyyət və əsas sistem parametrləri üzrə (Sys Admin səviyyəsində) işlərin icrasında iştirak etmək.

Tələblər:

  • Mühasibatlıq və əlaqədar sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • LOGO Tiger 3 proqramında sərbəst işləmə bacarığı (üstünlükdür);
  • LOGO Tiger 3 sisteminin Sys Admin tərəfi üzrə baza biliklərinin olması üstünlük hesab olunur;
  • Microsoft Office proqramlarını, xüsusilə Excel-i yaxşı səviyyədə bilmək;
  • Maliyyə hesabatları üzrə (Mənfəət-Zərər, Balans, Kassa) orta səviyyədə bilik və praktiki bacarıq;
  • Real mühasibat uçotu üzrə biliklərə malik olmaq və özünü inkişaf etdirməyə açıq olmaq;
  • Analitik düşüncə, dəqiqlik, məsuliyyətlilik və operativlik;
  • Problem həll etmə və qərarvermə bacarığı;
  • Komandada işləmək bacarığı və yüksək iş etikasına malik olmaq.

Əmək haqqı: Əmək haqqı razılaşma yoluyla
Maraqlanan namizədlər cv-lərini
Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily14
  • Weekly556
  • Monthly556